Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) komandasında çalışmaq üçün Video redaktor (montajçı) vəzifəsinə namizəd axtarır.

 

Kreativ düşüncəyə, vizual zövqə və peşəkar montaj bacarıqlarına sahibsinizsə, komandamıza qoşulun!

 

Vəzifə öhdəlikləri:

 Uzunformatlı videoların, qısa videoların (Reels), reklam və təqdimat çarxlarının montaj edilməsi;

 Video materialların məzmun və məqsədə uyğun hazırlanması;

 İnstitutun brend üslubuna uyğun vizual materialların yaradılması;

 Video və audio materialların keyfiyyətinin təmin edilməsi;

 Komanda ilə birgə işləmək və tapşırıqları vaxtında icra etmək.

 

Namizədə tələblər:

 Ali təhsil

 Video montaj sahəsində minimum 2 il iş təcrübəsi;

 Adobe Premiere Pro və Adobe After Effects proqramlarında işləmək bacarığı;

 Kreativ yanaşma, peşəkar montaj bacarığı və vizual zövq;

 Məsuliyyətlilik və tapşırıqları müəyyən olunmuş müddətdə yerinə yetirmək bacarığı;

 Portfolio təqdim etmək.

 

 Maraqlanan namizədlər CV-lərini və portfolio nümunələrini mövzu hissəsində “Video redaktor (montajçı)” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Uyğun namizədlər növbəti mərhələyə – müsahibəyə dəvət olunacaqlar.

 

 Son müraciət tarixi: 01.12.2026

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.