Bakı Metropoliteni olaraq, peşəkar komandamıza qoşulmaq üçün Kommersiya departamentinin Alternativ satış və icarə şöbəsinə mütəxəssis axtarırıq!
Namizəd kommersiya və icarə sahələrinin effektiv istifadəsi, potensial icarəçilərın və tərəfdaşların cəlb edilməsi, müqavilələrin ilkin sənədləşdirilməsi, alternativ satış imkanlarının araşdırılması və şöbənin gündəlik əməliyyat fəaliyyətinin dəstəklənməsi istiqamətində fəaliyyət göstərəcək.
Sizi hansı öhdəliklər gözləyir?
• Mövcud olan icarə və kommersiya sahələrinin reyestrinin aparılması və yenilənməsi;
• Potensial icarədarlarla və tərəfdaşlarla ilkin danışıqların aparılması, sorğuların cavablandırılması;
• İcarə və alternativ satış müqavilələrinin layihələrinin hazırlanmasında iştirak;
• Müqavilə şərtlərinin yerinə yetirilməsinə, ödənişlərin vaxtında icra olunmasına cari nəzarət;
• Şöbənin fəaliyyət istiqamətləri üzrə hesabatların və statistik məlumatların toplanması;
• İcarədarlar tərəfindən daxili qaydalara və təhlükəsizlik normalarına riayət olunmasının yoxlanılması;
• Şöbədaxili sənədləşmə işlərinin, daxil və xaric olan məktubların qeydiyyatının aparılması;
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqların operativ yerinə yetirilməsi.
Namizədlərdən tələblərimiz
• Ali təhsil (İqtisadiyyat, Menecment, Biznesin idarə edilməsi, Marketinq və ya əlaqəli sahələr üzrə);
• Satış, kommersiya və ya icarənin idarə edilməsi sahəsində minimum 1-2 il iş təcrübəsi;
• Müqavilə hüququ və sənədləşmə işlərinin əsasları barədə ilkin biliklər;
• Müştərilərlə işləmək və effektiv kommunikasiya qurmaq bacarığı;
• Analitik düşünmə və problem həll etmə bacarığı;
• MS Office proqramlarında (xüsusilə Word və Excel) yüksək səviyyədə işləmək bacarığı;
• Azərbaycan dili – sərbəst, Rus və İngilis dili bilikləri üstünlükdür;
• Komandada işləmək, koordinasiya və təşkilatçılıq bacarığı;
• Məsuliyyətlilik, detallara diqqət və operativlik.
Metropoliten Sizə nə təklif edir?
• Sabit və etibarlı iş mühiti;
• Peşəkar komandada inkişaf və karyera imkanları;
• Metropolitendən ödənişsiz istifadə imkanı;
• Güzəştli nahar təminatı;
• “Metropolitan Apartments” və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı;
• Psixoloji dəstək xidməti.
Müraciət üçün
Vakansiya üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq link vasitəsilə müraciətinizi tamamlaya bilərsiniz.
Müraciət üçün son tarix: 27 iyun 2026-cı il
Uğurlar!