Bakı Metropoliteni olaraq, peşəkar komandamıza qoşulmaq üçün Kommersiya departamentinin Alternativ satış və icarə şöbəsinə Aparıcı mütəxəssis axtarırıq!

 

Namizəd alternativ gəlir mənbələrinin yaradılması, kommersiya strategiyasının tətbiqi, irihəcmli icarə layihələrinin idarə edilməsi, müqavilə şərtlərinin optimallaşdırılması, aidiyyəti dövlət və özəl qurumlarla koordinasiyanın təmin edilməsi və şöbə üzrə mürəkkəb kommersiya risklərinin qiymətləndirilməsi istiqamətində fəaliyyət göstərəcək. 

Sizi hansı öhdəliklər gözləyir?

        Alternativ satış və icarə sahəsində yeni kommersiya mexanizmlərinin, layihələrin və təkliflərin hazırlanması;

        Korporativ müştərilər və böyük tərəfdaşlarla yüksək səviyyəli danışıqların aparılması, müqavilə şərtlərinin razılaşdırılması;

        İcarə sahələrinin qiymətləndirilməsi və tarif siyasətinin formalaşdırılmasında iştirak;

        Şöbə üzrə bütün növ müqavilələrin (icarə, xidmət, birgə fəaliyyət və s.) kommersiya baxımından tamlığına nəzarət edilməsi;

        İcarə və alternativ satış gəlirlərinin dinamikasının təhlili, illik və aylıq proqnozların hazırlanması;

        Mövcud tərəfdaşlarla münasibətlərin inkişaf etdirilməsi və yarana biləcək problemlərin həlli prosesinin idarə olunması;

        Dövlət qurumları, komitələr və aidiyyəti təşkilatlarla kommersiya/icarə məsələləri üzrə rəsmi yazışmaların aparılması və koordinasiyanın təmini;

        Şöbənin fəaliyyətinə aid normativ sənədlərin, daxili təlimatların və prosedurların hazırlanması, təkmilləşdirilməsi;

        Şöbənin digər kiçik mütəxəssislərinə metodiki köməkliyin göstərilməsi;

        Rəhbərlik tərəfindən verilən digər tapşırıqların operativ yerinə yetirilməsi.

 

Namizədlərdən tələblərimiz

        Ali təhsil (İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, Kommersiya və ya əlaqəli sahələr üzrə);

        Satış, biznesin inkişafı, kommersiya və ya icarə sahəsində minimum 3-5 il iş təcrübəsi;

        Azərbaycan Respublikasının Mülki Məcəlləsi (xüsusilə İcarə və Öhdəliklər hüququ bölməsi) və kommersiya qanunvericiliyi üzrə biliklər;

        MS Office proqramlarında (Excel, PowerPoint, Word) peşəkar səviyyədə işləmək bacarığı;

        Azərbaycan dili – sərbəst, Rus və İngilis dili bilikləri üstünlükdür;

        Stresə davamlılıq, danışıqların aparılması və vaxtın effektiv idarə olunması bacarığı.

 

Metropoliten Sizə nə təklif edir?

        Sabit və etibarlı iş mühiti;

        Peşəkar komandada inkişaf və karyera imkanları;

        Metropolitendən ödənişsiz istifadə imkanı;

        Güzəştli nahar təminatı;

        “Metropolitan Apartments” və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı;

        Psixoloji dəstək xidməti.

 

Müraciət üçün

Vakansiya üçün Metropolitenin hr.metro.gov.az portalında qeydiyyatdan keçərək müvafiq link vasitəsilə müraciətinizi tamamlaya bilərsiniz.

Müraciət üçün son tarix: 27 iyun 2026-cı il

Uğurlar!

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.