Elm və Təhsil Nazirliyinin tabe qurumlarından birində Mütəxəssis vəzifəsinə vakansiya elan olunur.

 

 Vəzifə öhdəlikləri:

·       Sənəd dövriyyəsi istiqamətində analitik və interaktiv hesabatların hazırlanması (MS Power BI vasitəsilə);

·       Microsoft Office proqramlarından (xüsusilə Word, Excel, Outlook və PowerPoint) səmərəli istifadə edilməsi;

·       Rəhbərliyə təqdim olunacaq məktubların gündəlik əsasda vaxtında çatdırılmasının təmin edilməsi;

·       Korporativ elektron poçt ünvanının idarə olunması, daxil olan məktubların çeşidlənməsi, aidiyyəti struktur bölmələrə yönləndirilməsi və zərurət yarandıqda cavablandırılması; 

·       Sektor üzrə gündəlik fəaliyyət hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;

·       Sənəd dövriyyəsi prosesinin monitorinqində iştirak və nəticələrin təhlili;

·       Digər qurumlara göndəriləcək rəsmi sənədlərin çatdırılması prosesinin təşkili və koordinasiyası;

·       Sənədlərlə iş və kargüzarlıq sahəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası. 

 

 Tələblər:

·       Ali təhsil;

·      Kargüzarlıq, sənəd dövriyyəsi və ya inzibati işlər sahəsində iş təcrübəsi üstünlükdür;

·       Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;

·       Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;

·       MS Power BI ilə işləmək bacarığı;

·       Analitik düşünmə və hesabat hazırlama bacarığı;

·      Məlumatların sistemləşdirilməsi və sənədlərlə dəqiq işləmək bacarığı;

·      Məsuliyyətlilik, operativlik və yüksək təşkilatçılıq qabiliyyəti;

·       Komanda ilə işləmək və effektiv kommunikasiya bacarığı.

 

Üstünlük veriləcək:

 Elektron sənəd dövriyyəsi sistemləri ilə iş təcrübəsi;

 Son müraciət tarixi: 25.06.2026

 İş qrafiki: 5 günlük (09:00–18:00)

 

 Müraciət:

 CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

 

Qeyd: Vakansiya dövlət qulluğu olmayan vəzifə üçün nəzərdə tutulub. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.