Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) Şamaxı Regional Sınaq Laboratoriyasında vakant olan kimyaçı vəzifəsinə peşəkar kadrları işə dəvət edir.

 

Namizəd üçün tələblər:

• Kimya, aqrokimya , analitik kimya və ya kimya mühəndisliyi üzrə ali təhsil;

• Laboratoriya və analitik kimya sahəsində iş təcrübəsi;

• Kimyəvi, fiziki-kimyəvi və instrumental analiz metodları üzrə nəzəri və praktiki biliklər;

• Dəqiqlik, yüksək analitik və texniki düşünmə qabiliyyəti;

• Məsuliyyətli, operativ və komandada işləmə bacarığı;

• MS Office (Excel, Word) proqramları üzrə praktiki bacarıqlar;

• Rus və ya ingilis dili bilikləri üstünlükdür.

 

 

Əlavə məlumatlar:

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “kimyaçı” qeyd edərək [email protected] ünvanına göndərmələri xahiş olunur. 

 

Son müraciət tarixi: 07.06.2026

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.