FINCA Azerbaijan "Problemli Kreditlərin Yığımı" üzrə Təcrübəçi vakansiyası elan edir!
FINCA Azerbaijan Qeyri-Bank Kredit Təşkilatı problemli kreditlərin idarə olunması istiqamətində komandasına qoşulmaq və bu sahədə karyerasına başlamaq istəyən motivasiyalı təcrübəçi axtarır.
Vəzifə öhdəlikləri:
Gecikmədə olan müştərilərlə əlaqə saxlayaraq ödənişlərin həyata keçirilməsinə dəstək olmaq;
Müştərilərlə düzgün və etik kommunikasiya qurmaq;
Zəng nəticələrini və müştəri məlumatlarını sistemdə qeyd etmək;
Borclu müştərilərin vəziyyətini izləmək və rəhbərlik tərəfindən verilən tapşırıqları icra etmək;
Komanda ilə koordinasiyalı işləyərək gecikmələrin azaldılmasına töhfə vermək;
Tələblər:
Universitetin sonuncu kurs tələbələri və ya yeni məzun olmuş namizədlər (Maliyyə, iqtisadiyyat, bank işi və oxşar sahələr);
Komanda ilə işləmə bacarığı və əməkdaşlığa açıq olmaq;
Öyrənməyə həvəsli, məsuliyyətli və inkişaf yönümlü olmaq;
Nizam-intizamlı və diqqətli olmaq;
Təklif edirik:
Real iş mühütində praktiki təcrübə;
Peşəkar komandadan öyrənmək imkanı;
Korporativ mühitdə işləmək fürsəti;
Təcrübə proqramı ödənişsizdir.
Proqramın müddəti: 2 ay
Son müraciət tarixi: 21 may 2026
Qeydiyyat linki: