AQTİ vakant vəzifə üzrə işə qəbul elan edir

 

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) regionlarda epidemioloq vəzifəsinə peşəkar kadrları əməkdaşlığa dəvət edir. 

 

Namizəd üçün tələblər: 

        Ali tibbi təhsil (həkim, epidemiologiya, gigiyena və ya tibbi profilaktika ixtisası üzrə);

        Qida mənşəli xəstəliklər və zəhərlənmələr üzrə araşdırma aparmaq bacarığı;

        Epidemioloji nəzarət prinsipləri, xəstəliklərin yayılma dinamikası və risk analizi üsulları haqqında biliklər;

        Kompüter, statistika və məlumat bazaları ilə işləmə bacarığı.

 

Vəzifə öhdəlikləri:

        Yaxın inzibati ərazilərdə qida mənşəli xəstəliklər və kütləvi zəhərlənmə hadisələri üzrə epidemioloji araşdırmalar aparmaq;

        Epidemioloji məlumatları toplayaraq, təhlil etmək və hesabatlar hazırlamaq;

        Qida zəncirinin müxtəlif mərhələlərində yoluxucu xəstəliklərin yayılma risklərini qiymətləndirmək;

        Laborator nəticələrlə epidemioloji məlumatları inteqrasiya və interpretasiya etmək;

        Epidemioloji nəzarət və erkən xəbərdarlıq sistemlərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;

        Qida təhlükəsizliyi sahəsində epidemioloji risklərin idarə olunması üzrə təlimat və tövsiyələrin hazırlanmasında iştirak etmək.

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində “Epidemioloq” qeyd edərək [email protected]  elektron poçt ünvanına  göndərmələri xahiş olunur. 

 

Son müraciət tarixi: 18.03.2026

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.