Araz Supermarket MMC Hüquq Departamentinə təcrübəli korporativ hüquqşünas axtarılır

 

Vəzifə öhdəlikləri:

• Müqavilələrin hazırlanması, hüquqi ekspertizası və danışıqlarda iştirak;

• Notarial qaydada təsdiq olunan əqdlərin (alğı-satqı, etibarnamə, təsis sənədləri və s.) hazırlanması və rəsmiləşdirilməsi;

• İpoteka, girov və digər təminat müqavilələrinin hazırlanması və qeydiyyat prosesinin hüquqi müşayiəti;

• Daşınmaz əmlak əməliyyatlarının hüquqi yoxlanılması və risk analizinin aparılması;

• Hüquqi risklərin müəyyən edilməsi və yazılı hüquqi rəylərin hazırlanması;

• Struktur bölmələr üçün hüquqi məsləhətlərin verilməsi və qərarların hüquqi əsaslandırılması;

• Şirkətdaxili qayda və prosedurların hazırlanması, yenilənməsi və hüquqi ekspertizası;

• Qanunvericilikdə baş verən dəyişikliklərin izlənilməsi, təhlili və rəhbərliyə məlumat verilməsi;

• Dövlət orqanları, notariat və digər qurumlarla rəsmi yazışmaların aparılması;

• Rəhbərliyə təqdim olunan hüquqi hesabatların və təqdimatların hazırlanması.

 

Tələblər:

• Hüquq üzrə ali təhsil;

• Korporativ hüquq sahəsində minimum 3 il iş təcrübəsi;

• Azərbaycan Respublikasının mülki, korporativ və əmlak qanunvericiliyini yaxşı səviyyədə bilmək;

• Hüquqi sənədlərin strukturlaşdırılmış və əsaslandırılmış formada hazırlanması bacarığı;

• MS Word, Excel və PowerPoint proqramlarında işləmək bacarığı;

• İngilis və rus dillərini ən azı oxuyub-anlama səviyyəsində bilmək (arzuolunandır).

 

Maraqlanan namizədlər cv-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.