“ARB 24 NewsLab" təlim proqramı 

 

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin 4-cü kurs və magistratura tələbələri üçün “ARB 24 NewsLab" təlim proqramı açıq elan edilir.

 

Proqram 3 aylıq dövrü əhatə edəcək. Təlimlər xəbər hazırlanması, nitq mədəniyyəti, görüntü və videomontaj istiqamətlərini əhatə edəcək.

Təlim proqramını uğurla başa vuranların azı 50 faizi “ARB 24” telekanalında işlə təmin olunacaq.

Müraciət etmək istəyənlər martın 15-i saat 18:00-dək [email protected] ünvanına CV göndərə bilərlər.

Qeyd edək ki, “ARB 24 NewsLab" təlim proqramı “ARB 24” telekanalı ilə Bakı Dövlət Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilir.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.