Təcrübəçi-Qrafik Dizayner axtarışındayıq!
Karyeranıza bizimlə başlamaq, real layihələrdə iştirak edərək təcrübə qazanmaq və ideyalarınızı reallaşdırmaq istəyirsinizsə, komandamıza qoşulmağa dəvət edirik.
İşin detalları:
Format: Tamamilə remote (evdən iş)
Müddət: 3 ay
İş qrafiki: Həftənin 5 günü (istisna hallarda şənbə və bazar günləri).
Saat 10:00–18:00 aralığında onlayn və aktiv olmaq mütləqdir.
Namizədə olan tələblərimiz:
Çeviklik və Məsuliyyət-Tapşırıqlara zamanında (iş saatları daxilində) reaksiya vermək və deadline-lara ciddi riayət etmək ("axşam baxaram" yanaşması işləmə prinsipimizə uyğun deyil).
Yaradıcılıq və Təşəbbüskarlıq-Hər zaman detallı brief olmaya bilər. Məsələn, "Qrafik Dizayn təliminə qeydiyyat başlayır" kimi qısa bir məlumatdan kreativ ideyalar, təşəbbüskar yanaşma və dizaynlar ərsəyə gətirə bilməlisiniz.
Məşğulluq:
Tələbə olmamaq (Tələbə olduğunuz təqdirdə yalnız 1-ci növbə / səhər oxumağınız şərtdir).
Müraciət qaydası:
Əgər yuxarıdakı tələblər sizin iş prinsiplərinizə uyğunluq təşkil edirsə, [email protected] mail adresinə "Qrafik Dizayn- Təcrübə" başlığı altında CV-nizi, behance hesabınızı, portfolionuzu(pdf halında *varsa əgər), sosyal medya hesabınızı(*işlərinizi paylaşdığınız, *varsa əgər) göndərməyiniz kifayətdir.
Seçilmiş namizədlərlə daha sonra intervyu üçün əlaqə saxlayacağıq.