Təcrübəçi dizayner vakansiyası

 

Redmark Agency komandası olaraq dizayna marağı olan və bu sahədə özünü inkişaf etdirmək istəyən Graphic Designer Intern axtarırıq  

 

Öhdəliklər:

Sosial media postları üçün vizual dizaynların hazırlanmasında dəstək olmaq

Komanda ilə birlikdə kreativ konseptlərin işlənməsində iştirak etmək

Brend üslubuna uyğun dizayn həlləri təklif etmək

Trendləri izləyərək yeni vizual yanaşmalar irəli sürmək

 

Tələblər:

Dizayna və vizual həllərə maraq

Adobe Photoshop, Illustrator və ya digər qrafik dizayn proqramlarında ilkin biliklər

Yaradıcı baxış və estetik zövq

Öyrənməyə açıq olmaq, detallara diqqət

Komanda ilə işləmə bacarığı

 

Biz nə təklif edirik?

Real layihələr üzərində praktiki təcrübə qazanmaq

Peşəkar dizaynerlərdən öyrənmək imkanı

Yaradıcı və enerjili komanda ilə işləmək

Təcrübə müddətini uğurla başa vuranlara iş imkanı

Necə müraciət etməli?

CV və varsa, dizayn portfolionu “Təcrübəçi dizayner” başlığı ilə [email protected] ünvanına göndərə bilərsiniz.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.