VAKANSİYA ELANI

 

Təlimçilər (Xidmət Müqaviləsi əsasında)

 

Şirkətimiz istehsalat, sənaye əməliyyatları və təhlükəsizlik istiqamətləri üzrə təlimlərin təşkili məqsədilə aşağıdakı sahələr üzrə təcrübəli xidmət müqaviləsi əsasında əməkdaşlıq edəcəyimiz təlimçilər axtarır. Təlimçilər Mülki Məcəllə ilə tənzimlənən xidmət müqaviləsi əsasında fəaliyyət göstərəcəklər.

 

Təlim istiqamətləri:

Qaynaqçı (Elektrod – MMA)

Təmirçi-Çilingər

Qülləli kran operatoru

Körpülü Kran Operatoru

Takelaj & Yükqaldırma

Qazanxana Operatoru

Riskin qiymətləndirilməsi

Yanğın təhlükəsizliyi

Lean Manufacturing

İş şərtləri:

Fəaliyyət forması: Xidmət müqaviləsi (freelance)

Ödəniş: Bir təlim günü üçün ödəniş məbləği demo (sınaq) dərsin nəticəsinə əsasən müəyyən ediləcək

 

Müsahibə mərhələsi: Demo (sınaq) dərs formatında keçiriləcək

Namizədlər təlim keçə biləcəkləri mövzu üzrə prezentasiya formatında sınaq dərs hazırlamalı və təqdim etməlidirlər. Qiymətləndirmə meyarlarına metodoloji yanaşma, mövzuya peşəkar hakimlik, auditoriya idarəetməsi və praktiki tətbiq bacarığı daxildir.

 

Namizədə tələblər:

Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi

Təlimçilik sahəsində minimum 1 il iş təcrübəsi

Təlim proqramı və materiallarının hazırlanması bacarığı

Normativ sənədlər və təhlükəsizlik tələbləri üzrə bilik

İngilis və rus dili bilikləri üstünlükdür

 

Müraciət qaydası:

Maraqlanan namizədlər CV-lərini və təlim keçə biləcəkləri istiqaməti qeyd etməklə aşağıdakı elektron poçt ünvanına göndərə bilərlər:

 [email protected]

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.