Karyerana tikinti sahəsində real təcrübə ilə başlamağa hazırsan? Əgər sən də “haradan başlayım?” deyə düşünürsənsə – bu fürsət məhz sənin üçündür.
Tikinti şirkətimizin Qubadlı layihəsi üçün Keyfiyyətin Təminatı üzrə Təcrübəçi axtarırıq!
Bu, sadəcə təcrübə deyil – öyrənmək, inkişaf etmək və peşəkar mühitdə özünü sübut etmək fürsətidir.
Biz nə təklif edirik?
Rəsmi təcrübə proqramı
Aylıq əmək haqqı: 400 AZN
Gün ərzində 3 dəfə qidalanma
Real layihə üzərində praktiki biliklər
Gələcək karyera üçün güclü başlanğıc
Səndən nə gözləyirik?
Ali təhsil
Qubadlıda qala bilmə imkanı
Keyfiyyət və tikinti sahəsində inkişaf etmək istəyi
Məsuliyyətli və öyrənməyə açıq yanaşma
Müraciət qaydası:
CV-lərinizi “KT təcrübəçi (təcrübəçi)” başlığı ilə
[email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.