ASAN könüllüləri və Bakı Konqres Mərkəzi arasında əməkdaşlıq çərçivəsində könüllülərin qeydiyyatına start verilir!
Bakı Konqres Mərkəzində keçiriləcək yerli və beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirak etmək, yeni bilik və bacarıqlar qazanmaq, eləcə də fərqli təcrübə əldə etmək istəyən ASAN könüllüləri xüsusi könüllü komandasına qoşulmağa dəvət olunur.
Könüllülər tədbirlər zamanı qonaqların qarşılanması və istiqamətləndirilməsi, tamaşaçı axınının tənzimlənməsi, biletlərin yoxlanılması, həmçinin digər təşkilati işlərin həyata keçirilməsində iştirak edəcəklər.
Bu fürsəti dəyərləndir, təcrübə qazan və komandanın bir parçası ol!
Qeydiyyat linki
Son qeydiyyat tarixi: 30 noyabr, 2026-cı il.
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.