Meqa Sığorta komandasına qoşulmağa tələs!

** **

Meqa Sığorta Strateji satış şöbəsinin mütəxəssisi, aparıcı mütəxəssisi, baş mütəxəssisi vəzifələrinə işçilər axtarır!

** **

Vəzifə öhdəlikləri:

• Strateji əhəmiyyətli potensial müştərilər, iri holdinqlər, transmilli şirkətlər və dövlət əhəmiyyətli qurumlar barədə məlumatların toplanması və təhlilinə dəstək göstərmək;

• Müştəri görüşlərinin və təqdimatların hazırlanmasında, kommersiya təklifləri üçün məlumatların toplanmasında iştirak etmək;

• Müştərilərin sığorta ehtiyacları, mövcud sığorta proqramları və tələb olunan təminat həcmləri barədə ilkin məlumatları toplamaq;

• Yüksək büdcəli və kompleks sığorta təkliflərinin hazırlanması üçün Anderraytinq və digər aidiyyəti bölmələrlə məlumat mübadiləsi aparmaq;

• Müqavilələrin rəsmiləşdirilməsi və müştəri sorğularının cavablandırılması prosesində dəstək göstərmək;

• Özünün cəlb etdiyi və/və ya məsuliyyətinə təhkim edilmiş müştərilərlə davamlı əlaqələrin saxlanılması, həmin müştərilərlə bağlanmış sığorta müqavilələrinin vaxtında yenilənməsi, müştəri ehtiyaclarının müəyyən edilməsi və əlavə satış imkanlarının inkişaf etdirilməsi;

• Debitor borcların minimuma endirilməsi və ödənişlərin müqavilə şərtlərinə əsasən ödənilməsinin təmin olunması.

 

Müraciət qaydası:

Zəhmət olmasa, mövzu bölməsində “Strateji satış üzrə mütəxəssis, aparıcı mütəxəssis, baş mütəxəssis” qeyd etməklə CV-nizi [email protected]  e-mail ünvanına göndərin.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.