İT biznes analitiki
AZCON Holding İT biznes analitiki vəzifəsinə vakansiya elan edir.
Əsas tələblər:
İT biznes analitiki, İT sistemlər analitiki, İT strategiyası və transformasiya analitiki və ya oxşar rolda minimum 3-5 il iş təcrübəsi;
Rəqəmsal transformasiya, İT strategiya və ya Holdinq səviyyəli İT layihələrdə iştirak təcrübəsi;
Korporativ sistemlərin, platformaların və ya inteqrasiya həllərinin analizi və implementasiyasında təcrübə;
RPA və digər avtomatlaşdırma həlləri ilə bağlı layihələrdə iştirak təcrübəsi üstünlükdür;
Sistem inteqrasiyası və kompleks İT ekosistemlərində işləmə təcrübəsi;
“Agile” və ya hibrid layihə mühitində texniki komandalarla işləmə təcrübəsi;
Yuxarı səviyyəli maraqlı tərəflərlə (C-level, direktorlar) texniki mövzular üzrə işləmə təcrübəsi üstünlükdür;
Azərbaycan dili (ana dili), ingilis dili (yüksək səviyyədə);
Güclü analitik düşünmə, detallara diqqət və kompleks İT sistemlərini strukturlaşdırılmış şəkildə təhlil etmə bacarığı;
Güclü kommunikasiya və texniki mövzuları aydın şəkildə izah etmə bacarığı;
İT “governance” və standartlaşdırma yanaşmaları ilə işləməyə meyillilik;
Proses və sistem modelləşdirmə alətləri ilə işləmə bacarığı (BPMN, UML və s.);
“Enterprise” sistemlər və platformalar (ERP və digər korporativ həllər) üzrə anlayış və ya təcrübə;
“API”lər, mikroservis arxitekturası, verilənlər axını və sistem inteqrasiyaları üzrə biliklər;
İT infrastrukturu (serverlər, şəbəkə əsasları, bulud mühitləri) üzrə ümumi anlayış;
Vendor həllərinin qiymətləndirilməsi və müqayisəli analizində təcrübə;
Böyük və qlobal İT vendorlarla işləmə təcrübəsi üstünlükdür.
Vəzifə funksiyaları:
Holdinqdaxili rəqəmsal/İT tələblərinin toplanması, təhlili, sənədləşdirilməsi və texniki baxımdan strukturlaşdırılması;
“Enterprise” səviyyəli informasiya sistemlərinin və platformaların (ERP, ESD və digər korporativ həllər) texniki arxitektura və funksional baxımdan analizi;
“API” inteqrasiyaları, mikroservis arxitekturası və sistemlərarası data axınlarının təhlilində iştirak;
Bazar araşdırmalarının aparılması, potensial vendorlarla görüşlərin keçirilməsi, texnoloji həllərin (software və hardware) qiymətləndirilməsi və biznes tələbləri ilə uyğunluğunun analizi;
Qurumların rəqəmsal inkişaf səviyyəsinin artırılması üçün yeni texnoloji təşəbbüslərin qiymətləndirilməsi və dəstəklənməsi;
Qlobal və strateji vendorlarla əməkdaşlıqların qurulması istiqamətində texniki analiz və koordinasiya işləri;
İT sistemlər üzrə “governance”, standartlaşdırma və arxitektura uyğunluğunun təmin edilməsi və vahid yanaşmaların formalaşdırılması.
Müraciət et
Bizimlə əlaqə:
Yuxarıda göstərilən tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi [email protected] ünvanına mövzu hissəsində “İT biznes analitiki” yazmaqla da göndərə bilərsiniz. Uyğun namizədlərlə əlaqə saxlanılacaq.