Xonça Fabriki “ Vergi uçotu üzrə Mühasib ” vakansiyası ilə bağlı işə qəbul elan edir!

 

Vəzifə öhdəlikləri:

• Vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq vergi uçotunun aparılması; 

• ƏDV, mənfəət vergisi, ödəmə mənbəyində tutulan vergilər və digər vergi bəyannamələrinin hazırlanması və vaxtında təqdim edilməsi;

• Elektron qaimə-fakturaların, hesab-fakturaların və digər vergi sənədlərinin düzgün rəsmiləşdirilməsinə nəzarət;

• Vergi öhdəliklərinin hesablanması, təhlili və uçotunun aparılması;

• Vergi orqanları ilə yazışmaların həyata keçirilməsi və sorğuların cavablandırılması;

• Vergi yoxlamaları zamanı tələb olunan məlumat və sənədlərin hazırlanması;

• Vergi risklərinin müəyyən edilməsi və onların minimuma endirilməsi üzrə təkliflərin verilməsi;

• Mühasibat uçotu məlumatlarının vergi qanunvericiliyinə uyğunluğunun təmin edilməsi;

• Vergi qanunvericiliyində baş verən dəyişikliklərin izlənilməsi və tətbiqi;

• Rəhbərlik tərəfindən təqdim olunan digər maliyyə və vergi hesabatlarının hazırlanması.

 

Tələblər:

• Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat sahəsində ali təhsil;

• Vergi uçotu sahəsində ən azı 2 il iş təcrübəsi;

• Azərbaycan Respublikasının Vergi Məcəlləsini və əlaqədar normativ-hüquqi aktları yaxşı bilmək;

• ERP proqramları və Microsoft Office proqramlarında işləmək bacarığı;

• Analitik düşüncə, məsuliyyətlilik və detallara diqqət;

• Komandada işləmək və effektiv ünsiyyət bacarığı.

 

QEYD : PMS sertifikatı olan namizədlərə üstünlük veriləcəkdir.

 

İş şəraiti:

• Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;

• Tam iş qrafiki;

• Nahar təminatı;

• Servis təminatı;

• Peşəkar inkişaf və karyera yüksəlişi imkanları.

 

CV-lərinizi mövzu hissəsində "Vergi Uçotu üzrə Mühasib" qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.