AZCON Holding vətəndaş qəbulu üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Əsas tələblər:
• Ali təhsil (hüquq, idarəetmə, psixologiya və oxşar sahələr üzrə təhsil üstünlükdür);
• “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu və vətəndaş müraciətlərinə baxılması ilə bağlı digər normativ hüquqi aktlar üzrə yüksək səviyyədə biliklər;
• “MS Office” proqramları, Elektron Sənəd Dövriyyəsi sistemlərindən istifadə bacarığı;
• Stresə davamlılıq, operativlik və məsuliyyətlilik;
• Yüksək səviyyədə ünsiyyət, dinləmə və təqdimat bacarıqları;
• Azərbaycan dili (mükəmməl səviyyədə), əlavə dil bilikləri üstünlükdür;
• Etik davranış, məxfilik prinsipinə riayət və komandada işləmə bacarığı.
Yuxarıda göstərilən tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi [email protected] ünvanına mövzu hissəsində “Vətəndaş qəbulu üzrə mütəxəssis” yazmaqla da göndərə bilərsiniz. Uyğun namizədlərlə əlaqə saxlanılacaq.
️ Son müraciət tarixi: 30 sentyabr 2025-ci il