Təlim və Tədris üzrə Menecer vakansiyası

 

 

Vəzifə: Təlim və Tədris üzrə Menecer 

İşin təsviri: 

  • Müəllimlərin işə qəbulundan onların peşəkar inkişafına qədər bütün prosesə rəhbərlik etmək.
  • Müntəzəm olaraq dərslərin monitorinqini (müşahidəsini) həyata keçirmək, konstruktiv geri dönüşlər edib tədrisin keyfiyyətini daim yüksəltmək.
  • Müəllimləri peşəkar inkişafa təşviq edən müntəzəm pedaqoji müzakirələr, seminarlar və treninqlər təşkil etmək.
  • Müəllimlərin şirkətin təlimat və prosedurlarına əməl etmələrinə nəzarət edəcək və fəaliyyət nəticələrini əks etdirən həftəlik hesabatlar təqdim etmək.
  • Mövcud tədris proqramlarının təkmilləşdirilməsi və yeni proqramların hazırlanmasında aktiv iştirak etmək.
  • Tələbələrdən alınan geri dönüşləri təhlil edərək psixopedoqoji nəticələr çıxarmaq və tədris metodlarında davamlı yaxşılaşmanı təmin etmək.
  • Tələbələrin bilik səviyyəsini qiymətləndirmək üçün testlərin, sınaq imtahanlarının hazırlanması və təşkili prosesinə nəzarət etmək.
  • Bazarda rəqabət üstünlüyü yaratmaq üçün mövcud tədrisin təkmilləşdirilməsində və tamamilə yeni kursların yaradılmasında iştirak etmək.
  • Rəqiblərin təkliflərini, metodologiyalarını və qiymət strategiyalarını öyrənən bazar araşdırmaları prosesində iştirak etmək.
  • Marketinq komandası üçün kreativ kontent yaradılmasının əsasını təşkil edəcək dəqiq və informativ "xidmət brifləri" (texniki tapşırıqlar) hazırlamaq.
  • Satış komandası ilə sıx əməkdaşlıq edərək tədrisin dəyəri və unikallığı haqqında düzgün məlumatlandırmanı təmin etmək.
  • Müəllimlərə ödəniş sisteminin əsasını təşkil edən hər tələbəyə görə düşən tariflərin və ya qiymətləndirmə meyarlarının müəyyən edilməsində iştirak etmək.

 

  Namizədə tələblər:

  • Ali təhsil, xarici ölkələrdə təhsil almış olması üstünlükdür.
  • İngilis dili bilik səviyyəsi yüksək olmalı.
  • Digər beynəlxalq sertifikatların olması üstünlükdür (TKT, TEFL, TESOL, IELTS, CELTA və s).
  • Təhsil sahəsində mövcud tendensiyalar və inkişafları bilməli.
  • Tədris proseslərinin və müəllimlərin idarə olunması üzrə təcrübə.
  • Yaradıcı düşünmə qabiliyyəti.
  • Təhsil kurslarında minimum 3 il iş təcrübəsi.
  • Yüksək səviyyədə təşkilatçılıq bacarıqları.
  • Vaxt idarəetmə bacarıqları.
  • Güclü analitik və problem həll etmə bacarıqları.
  • Güclü nəzarət və liderlik bacarıqları.

 

İş qrafiki:

  • 6 günlük iş qrafiki.
  • Əmək haqqı: 1200-1500 AZN (Sabit)+ Satışdan 2 %
  • ARƏM uyğun işə qəbul.
  • İş saatı: 09:00-18:00.

 

 

İş yeri: Ünvan: Bakı, Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A

Tələblərə cavab verən namizədlər öz CV-lərini “Təlim və Tədris üzrə Menecer” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.