Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA) komandasına Proqram Koordinatoru axtarır!

Əgər layihələrin və proqramların idarə olunmasına marağınız varsa, təşkilatçılıq və kommunikasiya bacarıqlarınıza güvənirsinizsə və təhsil sahəsində müsbət dəyişikliklərə töhfə vermək istəyirsinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik! 

 Əsas öhdəliklər:

 Proqram və layihələrin planlaşdırılması və koordinasiyası

 Təlim, seminar və digər tədbirlərin təşkili

 İştirakçılar və tərəfdaşlarla kommunikasiya

 Proqramların icrasının monitorinqi və hesabatların hazırlanması

Namizədə tələblər:

 Pedaqoji yönümlü, tehsil idarəetməsi üzrə ali təhsil

 Güclü təşkilatçılıq və kommunikasiya bacarığı

 Analitik düşüncə və problem həll etmə bacarığı

 Pedaqoji təcrübə

 Komandada işləmək bacarığı

 MS Office proqramlarından istifadə bacarığı

 Layihə və ya proqram idarəçiliyi üzrə təcrübə üstünlükdür

 İngilis dili biliyi üstünlükdür

 Sizə nə təklif edirik?

 Peşəkar və dinamik komanda

 Təhsil layihələrində real iş təcrübəsi

 Peşəkar inkişaf və şəbəkələşmə imkanları

 Yeni ideyalarınızı həyata keçirmək üçün mühit

 Müraciət üçün: CV və qısa motivasiya məktubunuzu [email protected]  vasitəsilə göndərin.

️ Son müraciət tarixi: 30 oktyabr 2026-cı il.

Mövzu hissəsində “Proqram Koordinatoru” qeyd etməyiniz xahiş olunur.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.