Barattson MMC "Milli Mühasib Sertifikatı" üzrə təlimçi vakansiyası elan edir!

 

İş barədə məlumatlar:

Təlim mövzularının müəyyənləşdirilməsi;

Təlim mövzuları üzrə təlim materiallarının hazırlanması;

Tədris prosesinin aparılması;

Sınaq suallarının hazırlanması;

Hibrid formada təlim tədris etməyi bacarmalıdır.

 

Namizədə tələblər:

Ali iqtisadi təhsil (maliyyə və mühasibat uçotu ixtisası üzrə);

Mühasibatlıq sahəsi üzrə ən az 5 illik iş təcrübəsinin olması vacibdir;

Təlimçilik üzrə ən azı 1 il iş təcrübəsi;

Düzgün nitq və danışıq qabiliyyətinin olması;

Məsuliyyətli,düzgün dəqiq və işini sevən olması;

Maliyyə uçotu, vergi uçotu, idarəetmə və kadr uçotu ilə bağlı dərin biliklərə sahib olmalı;

1C proqramını təlim tədris edəcək dərəcədə bilməli (ticarət, anbar və mühasibatlıq hissəsini). 

Qeyd: Təlim proqramı şirkət tərəfindən təqdim olunur.

 

Biz nə vəd edirik?

Peşəkar inkişaf imkanı – daxili və xarici təlimlərdə iştirak, şəxsi və karyera inkişafı üçün dəstək;

Rahat və müasir iş mühiti;

Komanda birliyini gücləndirən motivasiyaedici korporativ tədbirlər;

Ailə üzvlərinə təlimlərdən endirimli istifadə haqqı.

 

Təlim qrafiki: Dərslər həftə içi (19:00-dan etibarən) və şənbə günü 

Xidmət haqqı: Razılaşma yolu ilə

 

Namizədlərdən CV formaların [email protected]  email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “MMS Təlimçi” qeyd olunmaqla göndərməkləri xahiş olunur. 

 

CV-nin son göndərilmə tarixi: 6 noyabr 2026-cı il.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.