Azərbaycan İdman Akademiyasının
Keyfiyyət təminatı və tələbələrə akademik dəstək departamenti
Baş mütəxəssis vəzifəsinə vakansiya elan edir
Vəzifə öhdəlikləri:
· Akademiyada keyfiyyət mədəniyyətinin formalaşdırılması, təşviqi və davamlı inkişafına yönəlmiş tədbir və layihələri həyata keçirmək;
· Akademiyanın Strateji İnkişaf Planı çərçivəsində fəaliyyətlərin sistemləşdirilməsi və təhlilini təmin etmək;
· Yerli və beynəlxalq akkreditasiya və özünüqiymətləndirmə sənədlərinin hazırlanmasında iştirak;
· Müxtəlif sorğuların təşkili və nəticələrini təhlil etmək;
· Departamentin illik və yarımillik fəaliyyət hesabatlarını hazırlamaq;
· Keyfiyyət təminatı sahəsində qabaqcıl beynəlxalq təcrübənin araşdırılması və bunun əsasında departamentin fəaliyyət istiqamətinə uyğun müvafiq təkliflər hazırlamaq;
· Departament rəhbərliyi tərəfindən verilən digər tapşırıqları icra etmək.
Namizədə dair tələblər:
· Magistr təhsili (müvafiq sahə üzrə təhsil arzuolunandır);
· Keyfiyyət təminatı və ya təhsil sahəsində 1-3 il iş təcrübəsi;
· Təhsil sahəsini tənzimləyən qanunvericilik və normativ sənədlərlə işləmək bacarığı;
· Kompüter bacarıqları (MS Office proqramları, xüsusilə Excel, məlumatların emalı bacarığı);
· Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti;
· İngilis dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı (rus dili arzuolunandır);
· Yüksək səviyyəli məntiqi-analitik düşüncə qabiliyyəti;
· Dəqiqlik, məsuliyyətlilik, operativlik;
· Komandada iş və işgüzar kommunikasiya bacarığı;
· Çevik qərarvermə və dəyişkən iş mühitinə uyğunlaşma bacarığı;
· Monitorinq və qiymətləndirmə bacarığı.
İş rejimi:
Bazar ertəsi-cümə, saat 09:00-18:00 (nahar fasiləsi 13:00-14:00)
Ünvan: Bakı şəhəri, F.X.Xoyski pr.98
Müraciət qaydası:
Son müraciət tarixi: 30.08.2026
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifənin adının qeyd olunması mütləqdir.
Yalnız tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlardır.
___________________________________________________________________________________________________
Azərbaycan İdman Akademiyasının
Keyfiyyət təminatı və tələbələrə akademik dəstək departamenti
Mütəxəssis vəzifəsinə vakansiya elan edir
Vəzifə öhdəlikləri:
· Akademiyada tələbə, məzun, işəgötürən və digər maraqlı tərəflər arasında keçirilən sorğuların hazırlanması, təşkili və nəticələrinin statistik təhlilində iştirak etmək;
· İnstitusional və proqram akkreditasiyası prosesləri çərçivəsində məlumatların toplanması, sistemləşdirilməsi və hesabatların hazırlanmasına dəstək vermək;
· Daxili keyfiyyət təminatı mexanizmlərinin tətbiqi və təkmilləşdirilməsi prosesində iştirak etmək;
· Akademiyada keyfiyyət mədəniyyətinin formalaşdırılması və inkişafına yönəlmiş tədbir və layihələrdə iştirak etmək;
· Fakültə və kafedralarla əməkdaşlıq edərək keyfiyyət təminatı üzrə sənədləri hazırlamaq və yeniləmək;
· Strateji inkişaf planı və illik fəaliyyət planı üzrə göstəricilərin monitorinqinə dəstək vermək;
· Departament rəhbərliyi tərəfindən verilən digər tapşırıqları icra etmək.
Namizədə dair tələblər:
· Ali təhsil (magistr dərəcəsi arzuolunandır);
· Təhsil sahəsini tənzimləyən qanunvericilik və normativ sənədlərlə işləmək bacarığı;
· Keyfiyyət təminatı, akkreditasiya və ya təhsil sahəsində iş təcrübəsi;
· Analitik düşüncə və statistik məlumatların təhlili bacarığı;
· Kompüter bacarıqları (MS Office proqramları, xüsusilə Excel; məlumatların emalı bacarığı);
· Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti;
· İngilis dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
· Sənədlərlə işləmək və kargüzarlıq bacarıqları;
· Dəqiqlik, məsuliyyətlilik, operativlik və detallara diqqət;
· Komandada iş və işgüzar kommunikasiya bacarığı;
· Çevik qərarvermə və dəyişkən iş mühitinə uyğunlaşma bacarığı.
İş rejimi:
Bazar ertəsi-cümə, saat 09:00-18:00 (nahar fasiləsi 13:00-14:00)
Ünvan: Bakı şəhəri, F.X.Xoyski pr.98
Müraciət qaydası:
Son müraciət tarixi: 30.08.2026
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifənin adının qeyd olunması mütləqdir.
Yalnız tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlardır.
__________________________________________________________________________________________________________
Azərbaycan İdman Akademiyasının
Keyfiyyət təminatı və tələbələrə akademik dəstək departamenti Akademik məsləhət üzrə koordinator vəzifəsinə vakansiya elan edir
Vəzifə öhdəlikləri:
• Tyutorların fəaliyyətini koordinasiya etmək və onlara nəzarət etmək;
• Yeni qəbul olunmuş tələbələrin adaptasiya və oriyentasiya proqramlarının təşkili və həyata keçirilməsini əlaqələndirmək;
• Tələbə müraciətlərinin operativ şəkildə cavablandırılmasını və aidiyyəti struktur bölmələrə yönləndirilməsini təmin etmək;
• Akademik dəstək xidmətlərinin effektivliyinin təhlili, qiymətləndirilməsi və inkişafını təmin etmək;
• Tələbələrə akademik məsləhət istiqamətində qabaqcıl beynəlxalq təcrübənin araşdırılması və bunun əsasında departamentin fəaliyyət istiqamətinə uyğun müvafiq təkliflər hazırlamaq;
• Departament rəhbərliyi tərəfindən verilən digər tapşırıqları icra etmək.
Namizədə dair tələblər:
· Magistr təhsili (müvafiq sahə üzrə təhsil arzuolunandır);
· Təhsil sahəsinə aid normativ-hüquqi sənədlər üzrə biliklər;
· Təhsil sahəsində iş təcrübəsi;
· Tyutorluq fəaliyyəti üzrə sertifikatlar;
· Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı;
· İngilis və ya rus dili bilikləri;
· MS Office proqramlarında sərbəst işləmək bacarığı;
· Komandada iş və işgüzar kommunikasiya bacarığı;
· Analitik düşünmə, təşkilatçılıq və problem həlletmə bacarıqları.
İş rejimi:
Bazar ertəsi-cümə, saat 09:00-18:00 (nahar fasiləsi 13:00-14:00)
Ünvan: Bakı şəhəri, F.X.Xoyski pr.98
Müraciət qaydası:
Son müraciət tarixi: 30.08.2026
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifənin adının qeyd olunması mütləqdir.
Yalnız tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlardır.
_________________________________________________________________________________________________________
Azərbaycan İdman Akademiyasının
Keyfiyyət təminatı və tələbələrə akademik dəstək departamenti Tyutor vəzifəsinə vakansiya elan edir
Vəzifə öhdəlikləri:
• Tələbələrə tədris prosesi, kredit sistemi və akademik qaydalarla bağlı fərdi və qrup şəklində akademik məsləhətlər vermək və onların akademik göstəricilərini izləmək;
• Yeni qəbul olmuş tələbələrin adaptasiya və oriyentasiya prosesində iştirak etmək, onların mühitə uyğunlaşmasına dəstək göstərmək
• Tələbələrin müraciətlərini qəbul etmək, araşdırmaq və aidiyyəti üzrə yönləndirmək;
• Tələbələrin fərdi tədris planlarının doldurulmasına dəstək göstərmək, təkrar imtahanlara, təkrar dinləmə və yay semestri üzrə qeydiyyatını aparmaq;
• Tələbələrin psixoloji, sosial və akademik ehtiyaclarını müşahidə etmək, zəruri hallarda onları aidiyyəti strukturlara yönləndirmək;
• Tələbə ilə tyutor arasında səmərəli ünsiyyət və əməkdaşlığı təmin etmək, tələbələrin inkişafını mütəmadi olaraq izləmək;
• Departament rəhbərliyi tərəfindən verilən digər tapşırıqları icra etmək.
Namizədə dair tələblər:
· Ali təhsil;
· Təhsil sahəsinə aid anormativ-hüquqi sənədlər üzrə biliklər;
· Təhsil sahəsində iş təcrübəsi;
· Tyutorluq fəaliyyəti üzrə sertifikatlar;
· Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı;
· İngilis və ya rus dili bilikləri;
· MS Office proqramlarında sərbəst işləmək bacarığı;
· Analitik düşünmə, təşkilatçılıq və problem həlletmə bacarıqları;
· Məsuliyyətli, operativ və komandada işləmək bacarığı.