Bakı Metropoliteni könüllülük proqramı elan edir!

 



Proqram gənclərə metro sisteminin fəaliyyəti ilə daha yaxından tanış olmaq, real iş mühitində təcrübə qazanmaq və şəhərin yeraltı ritminin bir parçasına çevrilmək imkanı yaradır.

 Kimlər müraciət edə bilər?
• Bakı şəhərində yaşayan Azərbaycan Respublikası vətəndaşları;
• Yaş həddi: 17–25;
• Ünsiyyətcil, məsuliyyətli və növbəli qrafikdə çalışmağa hazır gənclər;
• İngilis və rus dili bilikləri üstünlük sayılır.

 Könüllülər nə edəcək?
• Sərnişinlərə marşrut və istiqamətlər üzrə məlumat dəstəyi göstərəcək;
• Sərnişin axınının idarə olunmasında metro əməkdaşlarına dəstək göstərəcək.

 Fəaliyyət necə təşkil olunacaq?
• Proqram 2 ay davam edəcək;
• Gün ərzində növbəli qrafiklə həyata keçiriləcək.

 Könüllüləri nə gözləyir?
• Metrodan ödənişsiz istifadə;
• Qidalanma ilə bağlı təminat;
• "Apar" tətbiqi üzərindən velosipedlərdən ödənişsiz istifadə;
• Proqramın sonunda sertifikat.

 Müraciət üçün: LİNK
 Son müraciət tarixi: 3 avqust 2026-cı il

Reklam

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.