Azərbaycan İdman Akademiyasının Elmi-tədqiqat mərkəzi Tədqiqat işləri üzrə koordinator vəzifəsinə vakansiya elan edir

Vəzifə öhdəlikləri:

-       Akademiyada elmi-tədqiqat fəaliyyətinin koordinasiyası və monitorinqi;

-       Kafedraların/departamentlərin və tədqiqatçıların elmi fəaliyyətinin əlaqələndirilməsi;

-        Elmi məqalələrin hazırlanması və beynəlxalq elmi jurnallarda nəşrinə dəstək;

-        Elmi layihə və qrant müraciətlərinin hazırlanmasının koordinasiyası;

-       Magistrant, doktorant və gənc tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsi;

-       Akademik dürüstlük, tədqiqat etikası və antiplagiat proseslərinin koordinasiyası;

-        Elmi konfrans, seminar və digər tədqiqat tədbirlərinin təşkili;

-        Yerli və beynəlxalq universitetlər və elmi-tədqiqat qurumları ilə əməkdaşlığın inkişaf etdirilməsi;

-        Elmi fəaliyyət üzrə əsas göstəricilərin və hesabatların hazırlanması.

 

 

Namizədə dair tələblər:

Müvafiq sahə üzrə ali təhsil;

Elmi-tədqiqat və ya təhsil sahəsində 1-3 il iş təcrübəsi;

Analitik düşüncə və tədqiqat aparmaq bacarığı;

Akademik yazı və elmi mənbələrlə işləmək bacarığı;

MS Office proqramlarında işləmək bacarığı;

Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti;

İngilis dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı (rus dili arzuolunandır);

Komandada iş və işgüzar kommunikasiya bacarığı;

Koordinasiya, təqdimat və təşkilatçılıq bacarığı;

Nəticəyönümlülük və məsuliyyət.

 

İş rejimi:

Bazar ertəsi-cümə, saat 09:00-18:00 (nahar fasiləsi 13:00-14:00)

Ünvan: Bakı şəhəri, F.X.Xoyski pr.98

 

Müraciət qaydası:

Son müraciət tarixi: 06.09.2026

Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifənin adının qeyd olunması mütləqdir.

Yalnız tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaq.

QEYD:  Seçim zamanı elmi dərəcəyə/elmi ada, tədqiqat təcrübəsinə və ya xaricdə təhsilin olmasına üstünlük veriləcək.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.