Tele-Satış Meneceri üzrə Təcrübə Proqramı
Azərbaycanda fəaliyyət göstərən Marka Events tədbirlər təşkilatçılığı ilə məşğuldur.Xanımlar üçün Maaşlı Tele-Satış Meneceri Təcrübə proqramı elan edir !
Namizədə tələblər:
* Kommunikasiya bacarıqları
* Komanda işi
* Karyera və İnkişafa yönümlü
* Pozitiv, problem həll etmə bacarıqları
* Kompleksiz, özgüvən, müəyyən qədər satış bacarıqları
Namizəd Marka Events-də keçirilən yerli və beynəlxalq tədbirlərin təşkilatçılığında təcrübə qazanacaq. Tele-Satış təcrübə proqramına seçiləcək gənclər telefon zəngləri edəcək, tədbirlər haqqında məlumat verəcəklər. Seçiləcək namizəd layihələrdə iştirak edəcək sertifikatlarla təltif olunacaq.
Müraciət etmək istəyənlər İstək Məktubu ( İstək məktubu olmayan cv-lərə baxılmır ) ilə Tele-Satış Meneceri Təcrübə proqramı subject hissəsinə qeyd edib, Cv-lərini [email protected] ünvanına göndərə bilərlər. Təcrübəçilərə təcrübə keçdiyi müddətdə aylıq 100 Azn ödəniş edilir. Təcrübə müddəti 2 aylıqdır. Uğurlu namizədlər 100% işlə təmin olunur.