AzTU kafedralar üzrə vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir

AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ

Azərbaycan Texniki Universiteti

kafedralar üzrə aşağıdakı vakant vəzifələri tutmaq üçün

 

MÜSABİQƏ ELAN EDİR:

Kafedra Elan yerləri
Professor Dosent Baş müəllim Müəllim
Kompüter texnologiyaları 1 4 3 1
Kibertəhlükəsizlik 3 3
Mühəndis riyaziyyatı və süni intellekt 1 5 4 3
Radiotexnika və telekommunikasiya 3 2 2
Rəqəmsal iqtisadiyyat və maliyyə texnologiyaları 3 2 1
Sənaye mühəndisliyi və davamlı iqtisadiyyat 3 1 2
Biznesin idarə edilməsi 2 2 1
Xarici dillər 2 1 6
Humanitar fənlər 1 1
Xüsusi texnologiyalar və avadanlıqlar 1
Müdafiə sistemləri və texnoloji inteqrasiya 2 2 1
Maşınqayırma texnologiyası 3 3 1
Maşın dizaynı, mexatronika və sənaye texnologiyaları 1 5 3 1
Mexanika 1 1
Metallurgiya və materiallar texnologiyası 3 3 2
Kimya texnologiya, təkrar emal və ekologiya 3 1 2
Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi 1 1 2
Nəqliyyat texnikası və idarəetmə texnologiyaları 2 2 1
Elektrotexnika 2 3 1
Enerji effektivliyi və yaşıl enerji texnologiyaları 2 2 1
Mühəndis fizikası və elektronika 2 1

 

Müsabiqədə iştirak etmək üçün aşağıdakı sənədlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin 401 saylı 07.08.1996-cı il tarixli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində professor-müəllim və kafedra müdiri vəzifələrinin tutulması qaydaları haqqında” Əsasnaməyəuyğun olaraq elan olunduğu gündən başlayaraq 30 gün müddətində qəbul edilir:

- rektorun adına ərizə;

- kadrların şəxsi qeydiyyat vərəqəsi;

- tərcümeyi-hal;

- ali təhsil, elmi ad və dərəcə haqqında sənədlərin surəti;

- dərc olunmuş elmi əsərlərin, kəşf və ixtiraların təsdiq edilmiş siyahısı;

- həmin ali təhsil müəssisələrində işləyən şəxsin müsabiqədə iştirak etmək üçüm yalnız rektorun adına ərizə, elmi əsərlərin, kəşf və ixtiraların siyahısını təqdim etməsi kifayətdir.

 

Ünvan: AZ 1073, Bakı şəhəri, H.Cavid prospekti 25
REKTORLUQ

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.