Vakansiya- Satış mütəxəssisi.
Namizəddən tələblər:
- Ali təhsil- Marketinq, biznes idarəçiliyi, menecment və humanitar ixtisaslardan məzun olan namizədlər üstünlük veriləcək.
- Satış sahəsində minimum 1-3 il iş təcrübəsi (tibb və ya stomatologiya sahəsində təcrübə üstünlükdür).
- Yüksək ünsiyyət və təqdimat bacarığı.
- Səlis Azərbaycan dili (rus dili arzuolunandır).
- Komandada işləmək bacarığı.
- Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.
- MS Office proqramlarında (xüsusi ilə excel) işləmək bacarığı.
- Mərkəzə müraciət edən pasiyentləri qarşılamaq, ehtiyaclarını müəyyən etmək və uyğun xidmətlər barədə ətraflı və aydın məlumat təqdim etmək.
- Mərkəzə müraciət edən pasiyentləri qarşılamaq, ehtiyaclarını müəyyən etmək və uyğun xidmətlər barədə ətraflı və aydın məlumat təqdim etmək.
Əsas vəzifə öhdəlikləri:
- Həkim tərəfindən tərtib olunan müalicə planını pasiyentə izah etmək, prosedurların üstünlüklərini və mərhələlərini təqdim etmək.
- Müalicə planlarının satışını həyata keçirmək və pasiyentin qərar vermə prosesini düzgün yönləndirmək.
- Aylıq və həftəlik satış planlarının icrasını təmin etmək.
- Mövcud pasiyent bazası ilə müntəzəm əlaqə saxlamaq, təkrar müraciətləri və loyallığı artırmaq.
- Yeni pasiyentlərin cəlb olunması üçün aktiv satış təşəbbüsləri göstərmək (zənglər, mesajlar, təqdimatlar və s.).
- Klinikada keçirilən kampaniya və endirimlər barədə pasiyentləri məlumatlandırmaq.
- Pasiyent etirazlarını və tərəddüdlərini peşəkar şəkildə idarə etmək.
- CRM sistemində pasiyent məlumatlarını dəqiq və vaxtında qeyd etmək.
- Rəhbərliyə gündəlik və aylıq satış hesabatları təqdim etmək.
İş haqda məlumat:
- Şirkətin adı- Implant House
- İş qrafiki – İş günləri, iş saatları
- Əmək haqqı – 700-800 + satış bonusu
- Ünvan – Mirəli Qaşqay 49
Qeyd: Uyğun namizədlər CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərib, mövzu hissəsində “Satış mütəxəssisi” yazaraq müraciət edə bilərlər. Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaq.
Whatsapp: 051 822 33 38
Əlaqə maili: [email protected]
QEYD: Heç bir vakansiya üçün namizəddən ödəniş tələb oluna bilməz. Sizdən pul istəyirlərsə, bu saxtadır — qətiyyən göndərməyin.
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.