Backend and Frontend Developer üzrə Təqaüdlü və Ödənişsiz Təlim Təcrübə Proqramı


Vision Academy tərəfindən təqdim olunan Frontend və Backend sahələrini əhatə edən 5 aylıq təlim təcrübə proqramına qeydiyyat davam edir.

 

1) Kimlər müraciət edə bilər?

  • Hal-hazırda tələbə olmayan və rəsmi işləməyən şəxslər.
  • Yaş həddi: 21-35.
  • Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan namizədlər.
  • Ali təhsilli, öyrənməyə həvəsli vəverilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər.
  • Frontend və ya backend sahəsində sıfırdan başlamaq istəyənlər.
  •  Junior developer olub biliklərini sistemli şəkildə artırmaq istəyənlər.

 

2) Təcrübə Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik:

A. Proqramlaşdırma əsasları:

  • Dəyişənlər (variables), verilənlər növləri (data types).
  • Operatorlar (riyazi, məntiqi).
  • Şərt əmrləri (if, else, switch).
  • Döngülər (for, while).
  • Funksiyalar və metodlar.
  • Massivlər (arrays) və obyektlər (objects).

 B. Algoritmik düşüncə:

  • Problem həll etmə üsulları.
  • Sadə alqoritmlər yazmaq (məsələn, massivdə axtarış, sıralama).
  • Döngülər və şərtlərlə ssenarilər qurmaq.

C. Obyekt yönümlü proqramlaşdırma (OOP):

  • Siniflər (classes) və obyektlər (objects).
  • İrsiyyət (inheritance).
  • Polimorfizm, enkapsulyasiya kimi əsas anlayışlar.

  D. Verilənlər bazası əsasları:

  • SQL ilə işləmə (SELECT, INSERT, UPDATE, DELETE).
  • Əlaqəli cədvəllər və normalizasiya.
  • Sadə sorğular yazmaq.

E. Frontend əsasları:

  • HTML, CSS, JavaScript-in əsasları (struktur, stil və funksionallıq).
  • DOM manipulyasiyası.
  • Sadə veb səhifə yaratmaq.

F. Backend əsasları:

  • Server, API, və məlumat ötürmə konseptləri.
  • Server tərəfli proqramlaşdırmanın əsasları (Node.js, Express.js və s.).
  • RESTful API-lərin yaradılması.

 

 3) Bu Proqram Sizə Nələri Qazandıracaq?

  • Təlim təcrübə proqramı tam ödənişsizdir.
  • Təlim təcrübə proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək.
  • Təlim təcrübə proqramı 5 ay davam edəcək 
  • Təlim təcrübə proqramı hər gün 4 saat  həftədə  5 dəfə olmaqla ümumilikdə  440 saat olacaq.
  • 5 aylıq təlim təcrübə proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq.
  • Tam Praktik Yanaşma – Teoriya deyil, kod. Hər mövzu real tətbiqlə izah olunur.
  • Peşəkar Rəhbərlik – Təcrübəli mentorlarla birgə işləmə imkanı.
  • Karyera Dəstəyi – Məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.
  •  Sertifikat – Təcrübə proqramını uğurla tamamlayanlara təqdim olunur.
  • Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman

 


Qeydiyyat üçün linkə daxil olaraq forumu doldura bilərsiniz: 

Müraciət et

 

Şirkət: Vision Academy

Ünvan: Bakı şəh. Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A.

 Veb sayt: www.visionacademy.az

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.