Java Proqramlaşdırma üzrə Təqaüdlü və Ödənişsiz Təlim Təcrübə Proqramı


Vision Academy tərəfindən təqdim olunan 4.5 aylıq JAVA Proqramlaşdırma üzrə Təlim Təcrübə Proqramına qeydiyyat davam edir.

 

1) Kimlər müraciət edə bilər?

  • Hal-hazırda tələbə olmayan və rəsmi işləməyən şəxslər.
  • Yaş həddi: 21-35.
  • Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan namizədlər.
  • Ali təhsilli ,öyrənməyə həvəsli və verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər.
  • JAVA dilini sıfırdan öyrənmək və praktiki bacarıq qazanmaq istəyənlər.
  •  Kompüter elmləri və ya mühəndislik ixtisasından  məzun olanlar.
  •  Karyerasını proqramlaşdırma sahəsində qurmaq istəyən motivasiyalı şəxslər.

 

2) Təcrübə Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik:

A. JAVA Əsasları

  • Java sintaksisi və əsas operatorlar.
  • Obyekt yönümlü proqramlaşdırma prinsipləri (OOP).
  • Class, Object, Inheritance, Polymorphism, Encapsulation.
  • Collection Framework və Exception Handling.

B. Praktiki JAVA Tətbiqləri:

  • Fayl sistemləri və fayllarla işləmə.
  • JDBC ilə verilənlər bazası bağlantısı.
  • MySQL ilə CRUD əməliyyatları.
  • Layihə əsasında mini sistemlərin qurulması (məs: qeydiyyat sistemləri).

C. Java ilə Web Tətbiqləri (Giriş səviyyəsi):

  • Java Servlet və JSP əsasları.
  • MVC arxitekturası ilə işləmək.
  • Web layihələrin deploy edilməsi (lokal və ya server mühitində).

 

3) Bu Proqram Sizə Nələri Qazandıracaq?

  • Təlim təcrübə proqramı tam ödənişsizdir.
  • Təlim təcrübə proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək.
  • Təlim təcrübə proqramı 4.5 ay davam edəcək 
  • Təlim təcrübə proqramı  hər gün 4 saat həftədə  5 dəfə olmaqla ümumilikdə  400 saat olacaq.
  • 4.5 aylıq təlim təcrübə proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq.
  • Tam Praktik Yanaşma – JAVA bilikləri real layihələr üzərindən öyrədilir.
  • Mentor Dəstəyi – Təcrübəli JAVA proqramçılarından fərdi istiqamət və rəy.
  • Portfolio Layihələri – Bitirdikdən sonra CV-nə əlavə edə biləcəyin real kod nümunələri.
  • Karyera Dəstəyi – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.
  • Sertifikat – Təcrübə proqramını uğurla tamamlayanlara rəsmi sertifikat təqdim olunur.
  • Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman.

 

 Qeydiyyat üçün linkə daxil olaraq forumu doldura bilərsiniz: 

Müraciət et   

 

Şirkət: Vision Academy

Ünvan: Bakı şəh. Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A.

 Veb sayt: www.visionacademy.az

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.