Backend Developer üzrə Təqaüdlü və Ödənişsiz Təlim Təcrübə Proqramı


Vision Academy tərəfindən təşkil olunan  5 aylıq Backend Developer üzrə Təlim Təcrübə Proqramına qeydiyyat davam edir.

 

1) Kimlər müraciət edə bilər?

  • Hal-hazırda tələbə olmayan və rəsmi işləməyən şəxslər.
  • Yaş həddi: 21-35.
  • Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan namizədlər.
  • Ali təhsilli, öyrənməyə həvəsli və verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər.
  • Backend development sahəsinə marağı olan şəxslər.
  • Kodlaşdırma bacarığını inkişaf etdirmək istəyən şəxslər.
  • Karyerasını bu sahədə qurmaq istəyən məsuliyyətli və yaradıcı şəxslər

 

2) Təcrübə Proqramında keçirilən əsas mövzuları sizə təqdim edirik:

A. Backend İnkişafının Əsasları:

  • Server, müştəri və verilənlər bazası anlayışları.
  • API-lərin yaradılması və inteqrasiyası.
  • Backend arxitekturası və layihələndirmə prinsipləri.
  • RESTful xidmətlər və HTTP protokolu.

B. Proqramlaşdırma Dilləri və Framework-lər:

  • Python/Django, Node.js, PHP, Laravel, Java və ya digər aktual texnologiyalar.
  • ORM (Object Relational Mapping) alətləri.
  • Verilənlər bazası ilə əlaqə (MySQL, PostgreSQL, MongoDB).
  • GIT və versiya nəzarət sistemləri ilə iş.

C. Təhlükəsizlik və Performans:

  • Verilənlərin qorunması və autentifikasiya sistemləri.
  • Kod optimizasiyası və performans təkmilləşdirmə.
  • Hosting və deployment prosesi.

 

3) Bu Proqram Sizə Nələri Qazandıracaq?

  • Təlim təcrübə proqramı tam ödənişsizdir.
  • Təlim təcrübə proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək.
  • Təlim təcrübə proqramı 5 ay davam edəcək.
  •  Təlim təcrübə proqramı hər gün 4 saat və həftədə  5 dəfə olmaqla, ümumilikdə  440 saat olacaq.
  • 5 aylıq təlim təcrübə proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq.
  • Praktiki Yanaşma – Real backend layihələri üzərində işləmə imkanı.
  • Mentor Dəstəyi – Sahə üzrə təcrübəli proqramçılardan fərdi yönləndirmə.
  • Portfolio Yaratmaq – İşə qəbulda üstünlük verəcək layihələr.
  • Sertifikat – Proqramı uğurla bitirənlərə təqdim olunur.
  • Karyera Dəstəyi – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək.
  • Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman.

 

 

 

Qeydiyyat üçün linkə daxil olaraq forumu doldura bilərsiniz: 

Müraciət et

 

Şirkət: Vision Academy

Ünvan: Bakı şəh. Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A.

 Veb sayt: www.visionacademy.az

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.