Bakı Metropoliteni könüllülük proqramına qəbul davam edir.

 

GƏLƏCƏK YOLUMUZU GƏLİN BİRGƏ QURAQ!

 

Proqram gənclərə metro sisteminin fəaliyyəti ilə daha yaxından tanış olmaq, real iş mühitində təcrübə qazanmaq və şəhərin yeraltı nəqliyyatının bir parçasına çevrilmək imkanı yaradır.

 

 Kimlər müraciət edə bilər?

* Bakı şəhərində yaşayan Azərbaycan Respublikası vətəndaşları;

* Yaş həddi: 17–29;

* Ünsiyyətcil, məsuliyyətli və növbəli qrafikdə çalışmağa hazır gənclər;

* İngilis və rus dili bilikləri üstünlük sayılır.

 

 Könüllülər nə edəcək?

* Sərnişinlərə marşrut və istiqamətlər üzrə məlumat dəstəyi göstərəcək;

* Sərnişin axınının idarə olunmasında metro əməkdaşlarına dəstək olacaq;

* Xətlərin ayrılması prosesində sərnişinlərin yeni hərəkət qaydalarına uyğunlaşmasına kömək edəcəklər.

 

 Fəaliyyət necə təşkil olunacaq?

* Proqram 2 ay davam edəcək;

* Gün ərzində növbəli qrafiklə həyata keçiriləcək;

Reklam

* Könüllülərin həftədə 1 gün istirahəti təmin olunacaq.

 

 Növbə saatları:

I növbə: 07:30–14:30

II növbə: 14:30–20:30

 

 Könüllüləri nə gözləyir?

* Metrodan ödənişsiz istifadə;

* Qidalanma ilə bağlı təminat;

* “Apar” tətbiqi üzərindən velosipedlərdən ödənişsiz istifadə;

* Proqramın sonunda sertifikat.

 

 Müraciət üçün:  LİNK

 

 Son müraciət tarixi: 20 avqust 2026-cı il

 

Uğurlar! 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.