GeoCamp – Tələbə Yay Düşərgəsi 2026
Geologiyanı yalnız auditoriyada deyil, birbaşa təbiətdə öyrənmək istəyən tələbələr üçün maraqlı fürsət!
25–30 avqust tarixlərində BDU-nun Quba tədris-təcrübə və istirahət Mərkəzində “GeoCamp” Tələbə Yay Düşərgəsi keçiriləcək.
Düşərgə Bakı Dövlət Universiteti / Baku State University və Azerbaijan International Mining Company Limited şirkətinin birgə təşkilatçılığı, BDU-nun Geologiya fakültəsi və tərəfdaş qurumların dəstəyi ilə baş tutacaq.
İştirakçılar sahə tədqiqatları aparacaq, süxur və mineral nümunələrini öyrənəcək, geoloji quruluş və relyef formalarını müşahidə edəcək, praktiki təlimlərdə və müxtəlif komanda fəaliyyətlərində iştirak edəcəklər.
Qeyd: Bütün Ali Təhsil Müasirlərinin tələbələri iştirak edə bilərlər...
25–30 avqust 2026
BDU Quba tədris-təcrübə və istirahət Mərkəzi
Geologiyanı sahədə kəşf etmək, yeni bilik və təcrübə qazanmaq istəyən tələbələri GeoCamp-a dəvət edirik!

