Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tərəfindən “Bakı Türkoloji Qurultayı – 100 il” xüsusi müsabiqəsi elan edilir.

 

Müsabiqə “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə dair Tədbirlər Planı” çərçivəsində film layihəsinin seçilməsi məqsədilə keçirilir və Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş müstəqil prodüser mərkəzləri, eləcə də müvafiq sahədə fəaliyyət göstərən digər hüquqi şəxslər üçün nəzərdə tutulub. Müsabiqədə bir neçə hüquqi şəxs birgə iştirak edə, həmçinin beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində layihələr təqdim oluna bilər.

 

Müsabiqəyə təqdim ediləcək layihələr bədii-sənədli film kateqoriyasına aid olmalı, Azərbaycan dilində hazırlanmalı və müəyyən edilmiş tələblərə uyğun təqdim edilməlidir. 

 

Müsabiqə üç mərhələdən ibarətdir: layihələrin qəbulu, təqdim edilmiş sənədlərin Agentlik tərəfindən təhlili və yoxlanılması, eləcə də Bədii Keyfiyyətə Nəzarət Komissiyası tərəfindən qiymətləndirilməsi. Təqdim edilmiş layihələr növbəti mərhələdə dəyərləndiriləcək.

 

Müraciətlər elektron qaydada qəbul edilir ([email protected])

İştirakçı film layihəsi üçün sənədləri “Bakı Türkoloji Qurultayı - 100 il” başlığı ilə Pdf formatında təqdim etməlidir.

 Son müraciət tarixi: 14 may 2026-cı il

 

 Müsabiqənin reqlamenti, iştirak şərtləri və tələb olunan sənədlərlə bağlı ətraflı məlumat

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.