NEXUS Launchpad: Yerli Vizyondan Qlobal Təsirə
Azərbaycan startaplarının beynəlxalq bazarlara çıxışını sürətləndirmək üçün yaradılan “NEXUS Launchpad” proqramına müraciətlər açıldı!
SABAH.lab və Yüksək Texnologiyalar Parkı / High Technologies Parkı ilə əməkdaşlıq çərçivəsində, SABAH.city layihəsi daxilində həyata keçirilən proqram yerli texnologiya startaplarını regional və qlobal ekosistemlərlə əlaqələndirməyi hədəfləyir.
NEXUS vasitəsilə iştirakçılar:
• beynəlxalq innovasiya ekosistemlərinə çıxış,
• mentorluq və biznes dəstəyi,
- netvörkinq və bazar inkişafı imkanları əldə edir.
Proqram kimlər üçündür:
• Güclü MVP-yə sahib texnologiya startapları
• Bazarda ilkin traction əldə etmiş komandalar
• Beynəlxalq genişlənməyə hazır bizneslər
• Ən azı 2 nəfərlik komandalar
Ətraflı məlumat və qeydiyyat üçün: LİNK