“Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ duy” layihəsinə könüllü qəbulu elan olunur!

 

30 oktyabr – 1 noyabr 2026-cı il tarixlərində Bakıda Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, IDEA İctimai Birliyi, “Regional İnkişaf” İctimai Birliyi və Müasir İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə “Bakıya Uçuş. İncəsənət Həftəsonu. Gələcəyi İNDİ duy” layihəsi keçiriləcək.

Layihənin könüllü proqramı “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən icra olunur.

Layihə çərçivəsində paytaxtın muzeylərində, qalereyalarında, sərgi salonlarında, mədəniyyət mərkəzlərində və tarixi məkanlarında sərgilər, performanslar, görüşlər və müxtəlif yaradıcı proqramlar təşkil ediləcək.

Könüllülər tədbir məkanlarında təşkilati dəstək göstərəcək, ziyarətçilərin qarşılanması və istiqamətləndirilməsi, qeydiyyat prosesinə kömək, iştirakçıların layihənin proqramı və məkanlar barədə məlumatlandırılması və digər fəaliyyətlərə cəlb olunacaqlar.

Müraciət üçün son tarix: 16 oktyabr 2026-cı il, saat 18:00.

Layihədə könüllü kimi iştirak etmək üçün qeydiyyat linki

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.