STEP IT Academy 10 illik yubileyini Açıq Qapı Günü ilə qeyd edir

 

STEP IT Academy Azərbaycanda fəaliyyətinin 10 illiyi münasibətilə 17 oktyabr tarixində Dərnəgül filialında Açıq Qapı Günü təşkil edəcək.

 

Tədbirin əsas məqsədi texnologiya və dizayn sahələrinə maraq göstərən iştirakçıları müasir IT istiqamətləri ilə yaxından tanış etmək, onların özlərinə uyğun sahəni kəşf etmələrinə dəstək olmaqdır.

, 

Açıq Qapı Günü çərçivəsində Proqramlaşdırma, Dizayn, Kibertəhlükəsizlik, Data Analitika, IT Biznes Analitika üzrə interaktiv master-klasslar keçiriləcək. İştirakçılar STEP IT Academy-nin müəllimləri ilə tanış olmaq, tədris proqramları haqqında ətraflı məlumat əldə etmək və ödənişsiz fərdi konsultasiyadan yararlanmaq imkanı qazanacaqlar.

 

Tədbir proqramına həmçinin müxtəlif interaktiv aktivliklər, oyunlar və sürpriz hədiyyələr daxildir.

 

Tarix: 17 oktyabr, saat 12:30

Məkan: STEP IT Academy, Dərnəgül filialı

İştirak: Ödənişsizdir

 

Qeydiyyat linki: https://bit.ly/4AQZkm8

 

STEP IT Academy hər kəsi 10 illik tarixinin bir hissəsi olmağa, texnologiya və dizayn dünyasını yaxından kəşf etməyə dəvət edir.

 

Gələcəyin harada başladığını gör.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.