SATIŞ MENECERİ ( Tədris Sahəsi ) vakansiyas;

APEX Business School komandamıza satış sahəsində inkişaf etmək istəyən Satış Meneceri Təcrübəçisi axtarırıq.

İş şərtləri

•        Təcrübə müddəti: 1 ay

•        İş saatları: 14:00–18:00

•        Təcrübə dövründə əməkhaqqı: 200 AZN

•        İş yeri: Altes Plaza, Elmlər Akademiyası metrosunun yaxınlığı

Vəzifə öhdəlikləri

•        Potensial tələbələrlə telefon əlaqəsi saxlamaq;

•        Tədris proqramları və təqaüd imkanları haqqında məlumat vermək;

•        Müştərilərin suallarını cavablandırmaq və müraciətləri qeydiyyata yönləndirmək;

•        Satış prosesini izləmək və CRM sistemində məlumatları yeniləmək.

Tələblər

•        Güclü ünsiyyət və inandırma bacarığı;

•        Məsuliyyətli və nəticəyönümlü olmaq;

•        Öyrənməyə və satış sahəsində inkişaf etməyə həvəs.

Karyera imkanı

Bir aylıq təcrübə proqramını uğurla tamamlayan namizədlər full-time işə qəbul olunacaq və əlavə satış bonusları qazanacaqlar.

 Müraciət: CV-nizi [email protected]  ünvanına göndərin.

 Ünvan: Altes Plaza, Elmlər Akademiyası metrosunun yaxınlığı

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.