Bakı Ali Neft Məktəbi (Baku Higher Oil School) sizi noyabrın 27-si saat 10:00–14:00 aralığında universitetimizin əsas kampusunda keçiriləcək “BANM Karyera Sərgisi 2026” tədbirinə dəvət edir.

 

“BANM Karyera Sərgisi” tələbə və məzunların müxtəlif sahələrdə fəaliyyət göstərən şirkət və təşkilatlarla birbaşa tanış olması, onların iş imkanları və tələbləri haqqında məlumat əldə etməsi üçün platformadır. Tədbir iştirakçılara həm ünsiyyət qurmaq, həm də karyera planlarını daha effektiv şəkildə formalaşdırmaq imkanı təqdim edir.

 

Sərginin əsas məqsədi işəgötürənlərlə gənc və istedadlı tələbə və məzunlar arasında birbaşa əlaqə yaratmaq, eyni zamanda onların karyera imkanlarını və peşəkar inkişafını dəstəkləyəcək mühit formalaşdırmaqdır.

 

Sərgi çərçivəsində siz:

* Aparıcı yerli və beynəlxalq şirkətlər haqqında ətraflı məlumat əldə edə;

* Şirkətlərin təcrübə və iş imkanlarını araşdıra;

* Şəxsi şəbəkənizi genişləndirərək gələcək karyera yolunuzu planlaya bilərsiniz.

 

Sərgi çərçivəsində sizi həm də “Unibank”ın Layihələrin idarə olunması, həmçinin HR trendləri və müsahibə bacarıqları mövzusunda infosessiyasında iştirak imkanı gözləyir.

 

Qeydiyyat forumu

 

Məkan: Bakı Ali Neft Məktəbi, əsas kampus

 Vaxt: 27 noyabr 2026, 10:00–14:00

 

Gənc peşəkarlar, gələcəyinizi qurmaq və karyera imkanlarınızı genişləndirmək üçün bu fürsəti qaçırmayın!

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.