Bir sahənin eksperti olmaq yaxşı təlimçi olmaq üçün kifayətdirmi?

 

Bir mövzunu bilmək başqa, onu öyrədə bilmək başqadır. Yaxşı təlim iştirakçıda bilik, bacarıq və davranış dəyişikliyi yaradır.

 

ÖYRƏT-in missiyası öyrənmə yaradan təlimçilər yetişdirmək və onların vasitəsilə gənclərin inkişafını gücləndirməkdir. Vizyonumuz Azərbaycanda nəticəyönümlü təlim mədəniyyəti formalaşdırmaqdır.

 

ÖYRƏT – Təlimçilər üçün Təlim Proqramının əsas qeydiyyatı açıldı!

 

Müraciətlər qiymətləndirildikdən sonra uyğun namizədlər müsahibəyə dəvət olunacaq. Proqramı uğurla tamamlayanlar Gənclər və İdman Nazirliyinin təlimçilər bazasına daxil olmaq imkanı əldə edəcəklər.

 

Son müraciət tarixi: 30.11.2026

 

Qeydiyyat linki

 

Proqram Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) əməkdaşlığı ilə "Öndə Gənclər" İctimai Birliyi tərəfindən həyata keçirilir.

 

Təlim keçməklə kifayətlənmə. Öyrət!

 

 

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.