Dünyada ən azı 2,2 milyard insanın görmə məhdudiyyəti ilə yaşadığını bilirdin? Buna baxmayaraq, dünyanın ən populyar 1 milyon veb-saytının 95,9%-nin ana səhifəsində rəqəmsal əlçatanlıq problemləri aşkarlanıb.

 

Bəs problem insanın görə bilməməsindədir, yoxsa rəqəmsal dünyanın yalnız görə bilən insanlar üçün dizayn edilməsində?

 

Azərbaycan kontekstində bu suala cavab axtararkən rəqəmsal mühitin əlçatanlığı ilə yanaşı, görmə üzrə əlilliyi olan şəxslərin rəqəmsal bacarıqlarını araşdırmağa, öyrənmə ehtiyaclarını müəyyənləşdirməyə və bu bacarıqları inkişaf etdirməyə də ehtiyac var.

 

“Rəqəmsal Körpü” layihəsi elə bu ehtiyacdan yaranıb!

 

Layihədə görmə üzrə əlilliyi olan 13 və olmayan 13 gənc bir araya gələrək rəqəmsal texnologiyaların imkanlarını birlikdə kəşf edəcək.

 

Bəs bizi necə bir təlim gözləyir?

 

Üç gün ərzində mobil texnologiyalar və rəqəmsal əlçatanlıq alətlərindən istifadəni öyrənəcəyik. Praktiki tapşırıqlar, komanda fəaliyyətləri və qeyri-formal təhsil metodları vasitəsilə öyrəndiklərimizi tətbiq edəcək, eyni texnologiyadan fərqli üsullarla istifadə etməyi bir-birimizdən öyrənəcəyik.

 

** Təlim tarixləri və saatları:**

- 27 noyabr 2026 — 19:00

- 28 noyabr 2026 — 18:00

- 29 noyabr 2026 — 14:00

 

 Məkan: Globus Center, 13-cü mərtəbə, NAYORA Gənclər Ofisi, Bakı.

 

 Qeydiyyat linki

 

Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər təşkilatları və gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüslər üzrə qrant müsabiqəsi” çərçivəsində həyata keçirilir. Layihənin tərəfdaşları Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və "Öndə Gənclər" İctimai Birliyidir.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.