Qəhvə çeşidləri, müxtəlif şirə və limonadları hazırlaya bilən, gülərüz və məsuliyyətli Barista axtarırıq.
Əsas vəzifələr:
Qəhvə və digər isti-soyuq içkiləri hazırlamaq;
Müştəriləri nəzakətlə qarşılamaq, sifarişləri qəbul etmək və xidmət göstərmək;
Tələblər:
Məsuliyyətli, çevik və punktual olmaq;
Komandada işləmək bacarığı;
Barista sahəsində iş təcrübəsi üstünlükdür (təcrübəsi olmayan namizədlər öyrədilir);
Azərbaycan dili səlis (rus və ya ingilis dili biliyi üstünlükdür);
Biz təklif edirik:
Əməkhaqqı 700 Azn NET; (Artan əməkhaqqı)
Növbəli iş qrafiki; (7:00-22:30 aralığında 8 saatlıq iş qrafiki)
Mehriban və dinamik iş mühiti;
Təminatlar:
Təlim və peşəkar inkişaf imkanları;
Nahar ilə təmin edilmə;
İş yeri: Mərkəz və mərkəzə yaxın ərazilər.
Müraciət etmək istəyən namizədlərdən CV-ləri mövzu bölməsində “Barista” qeyd etməklə [email protected] ünvanına göndərmələri xahiş olunur.

