Komandamıza enerjili, məsuliyyətli və ünsiyyətcil Kassir-məsləhətçi axtarırıq.
Vəzifə öhdəlikləri:
Müştəriləri gülərüzlə qarşılamaq və məhsul seçimi zamanı məsləhət vermək;
Satış və kassa əməliyyatlarını düzgün və operativ şəkildə həyata keçirmək;
Nağd və nağdsız ödənişləri qəbul etmək;
Məhsulların vitrində səliqəli düzülüşünə nəzarət etmək;
Mağazada xidmət keyfiyyətini təmin etmək.
Tələblər:
Azərbaycan və rus dilində səlis danışıq (ingilis dili biliyi üstünlükdür);
Ünsiyyət və satış bacarıqları;
Məsuliyyətli, dəqiq və komandada işləmək bacarığı;
Kassada iş təcrübəsi arzuolunandır.
Biz təklif edirik:
Əməkhaqqı 700 Azn NET; (Artan əməkhaqqı)
Növbəli iş qrafiki; (7:00-22:30 aralığında 8 saatlıq iş qrafiki)
Mehriban və dinamik iş mühiti.
Təminatlar:
Təlim və peşəkar inkişaf imkanları;
Nahar ilə təmin edilmə.
İş yeri: Mərkəz və mərkəzə yaxın ərazilər.
Müraciət etmək istəyən namizədlərdən CV-ləri mövzu bölməsində “Kassir-məsləhətçi” qeyd etməklə [email protected] ünvanına göndərmələri xahiş olunur.

