Vakansiya: Baş mühasib

 

 İş qrafiki: 5 günlük iş qrafikinə əsasən tənzimlənir

 Əməkhaqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin ediləcək

 İş yeri: “Melissa Group” (Baş ofis)

Vəzifə öhdəlikləri:

 •     Vergi, DSMF, Statistika və digər rəsmi hesabatların hazırlanması və təqdim edilməsi

•      Maliyyə hesabatlarının tərtib olunması (bəyannamələr, balans, mənfəət və zərər hesabatları və s.)

•      Bank əməliyyatlarının və kassa əməliyyatlarının uçotu

•      Əmək haqqının, mükafatların və digər ödənişlərin hesablanması.

•      Gəlir və xərclərin təhlili, aylıq və illik maliyyə nəticələrinin hazırlanması

•      Vergi və əmək qanunvericiliyinin tətbiqi 

•      Rəhbərliyin tapşırıqlarını yerinə yetirmək.

•      Audit yoxlamaları, vergi yoxlamaları və digər nəzarət tədbirləri üçün lazımi sənədləri hazırlamaq və təqdim etmək.

•      Mühasiblərdən ibarət komandanı idarə etmək və onlara rəhbərlik etmək.

•      Nağd pul axını, debitor və kreditor borclarını və xərc mühasibatını izləmək.

Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqların vaxtlı-vaxtında və dəqiq icra edilməsi.

 

Vəzifə ilə bağlı tələblər:

·       Ali təhsil (Maliyyə, Mühasibat uçotu və audit ixtisası üzrə)

·       Müvafiq vəzifədə 3 ildən artq iş stajı (istehsalat sahəsində olması arzuolunandır);

·       Mühasibatlığa dair cari qanunvericilik bilgiləri (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi);

·       Mənfəət və ƏDV vergi bəyannamələrini sərbəst formada təqdim edə bilməli;

·       Yüksək səviyyədə 1 C 8.3 və ofis proqramları (xüsusilə Excel) biliyi;

·       Peşəkar Mühasib Sertifikatı;

·       Komandada işləmə bacarığı;

·       Yalnız bəy namizədlər.

 

Uyğun namizədlər CV-lərini [email protected] mail ünvanına "Baş mühasib" başlığı ilə göndərə bilər.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.