Vəzifə : “Kreditorlar üzrə mühasib/aparıcı mühasib”

 

Əsas vəzifə öhdəlikləri:

·       Debitor və kreditor borclar üzrə aylıq,rüblük üzləşmə aktlarının hazırlanması, göndərilməsi və təsdiqlənməsinin izlənməsi;

·       Debitor və kreditor borcların analizi, qalıqların dəqiqliyinin yoxlanılması;

·       Uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması üçün əlaqədar şöbələrlə işləmək;

·       Rəhbərliyə dövri hesabatlar və analitik məlumatların təqdim olunması;

·      Audit yoxlamaları üçün tələb olunan üzləşmə sənədlərinin hazırlanması.

 

Tələb olunan bilik və bacarıqlar:

·       Yüksək səviyyədə Microsoft Office biliklərinin olması (əsasən MS Excel);

·       Vergi və mühasibat uçotu sahəsində biliklər;

·       Analitik düşüncə və detallara diqqət;

·       Komanda ilə işləmə bacarığı və məsuliyyətlilik.

 

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:

·       Ali təhsil (mühasibatlıq, maliyyə və ya iqtisadiyyat ixtisası üzrə);

·       Minimum 2 il iş təcrübəsi.

 

İş şərtlərimiz:

·       İş qrafiki: Tam iş günü (5 gün);

·       İş saatları: 09:00-18:00;

·       İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D

 

Biz nə təklif edirik:

·       Əmək bazarında rəqabətli əməkhaqqı;

·       Peşəkar komanda mühiti;

·       Şirkət hesabına nahar;

·       Şirkət hesabına korporativ nömrə;

 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə  “Kreditorlar üzrə mühasib/aparıcı mühasib” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.