BİOLOJİ TƏBABƏT KLİNİKASI BAŞ MÜHASİB AXTARIR!
Bioloji Təbabət Klinikası genişlənən fəaliyyət istiqamətləri və 4 klinika filialı, 6 aptekdən ibarət şəbəkəsinin maliyyə idarəetməsini həyata keçirəcək təcrübəli Baş mühasib axtarır.
Əsas vəzifə öhdəlikləri:
Mühasibat və vergi uçotunun təşkili və idarə edilməsi;
Vergi və məcburi hesabatların vaxtında hazırlanması və təqdim edilməsi;
Bank, kassa və maliyyə əməliyyatlarına nəzarət;
Əməkhaqqı və digər əmək ödənişlərinin düzgün hesablanmasının təmin edilməsi;
Maliyyə hesabatlarının (P&L, Cash Flow, Balans) hazırlanması və təhlili;
Büdcələşdirmə, maliyyə risklərinin idarə edilməsi və daxili nəzarət;
Aptek və klinikalar üzrə mal-material və dərman ehtiyatlarının uçotuna nəzarət;
Mühasibatlıq komandasının idarə edilməsi.
Namizədə tələblər:
Maliyyə, mühasibat və ya iqtisadiyyat üzrə ali təhsil;
Müvafiq sahədə minimum 7 il, Baş mühasib vəzifəsində minimum 5 il təcrübə;
PMS sertifikatı, ACCA və ya DipIFR üstünlükdür;
Vergi və əmək qanunvericiliyi üzrə yüksək biliklər;
1C 8.3 və MS Excel proqramlarında yüksək səviyyədə praktiki bilik;
Çoxfiliallı müəssisələrdə, səhiyyə və ya aptek sektorunda iş təcrübəsi üstünlükdür;
Komanda idarəetməsi və analitik düşünmə bacarığı.
İş şəraiti:
İş yeri: Bakı şəhəri
İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00
Əməkhaqqı: 2 500 AZN-dən başlayaraq (müsahibə əsasında)
Müraciət qaydası:
CV-lərinizi mövzu hissəsində “Baş mühasib” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərin.
Bioloji Təbabət Klinikası – Peşəkarlığınızı dəyərləndirən komandaya qoşulun!