VAKANSİYA: Müştərilərlə əlaqələr üzrə koordinator

 

 Şirkət: Mobil Group MMC

 Ünvan: Bakı şəhəri, Əhməd Rəcəbli 27B

 İş qrafiki: 6 günlük iş həftəsi (Bazar ertəsi – Cümə: 09:00–18:00, Şənbə: 10:00–15:00)

 Əməkhaqqı: Müsahibə əsasında

 

Əsas vəzifə öhdəlikləri:

* Müştərilərdən bəyannamə növünə uyğun tələb olunan sənədlərin toplanması və yoxlanılması;

* E-poçt sorğularının vaxtında cavablandırılması;

* Müştərilərlə əlaqələrin saxlanılması və əməliyyatların gedişatı barədə məlumat verilməsi;

* ERP sistemində tapşırıqların yaradılması və icrasına nəzarət;

* Beynəlxalq ticarət və gömrük sənədlərinin yoxlanılması;

* myGov, e.customs, AQTİS və digər dövlət elektron platformalarında əməliyyatların aparılması;

* Malların beynəlxalq təsnifat sistemləri üzrə kodlaşdırılması;

* INCOTERMS şərtlərinə uyğun ödəniş öhdəliklərinin hesablanması;

* Əməliyyat məlumatlarının sistemə daxil edilməsi və hesabatlılığın aparılması.

 

Namizədə dair tələblər:

* Ali təhsil (iqtisadiyyat, maliyyə, beynəlxalq ticarət, hüquq, mühəndislik, riyaziyyat və ya informasiya texnologiyaları üzrə təhsil üstünlükdür);

* Gömrük və ya beynəlxalq ticarət sahəsində minimum 1 il iş təcrübəsi arzuolunandır;

* Azərbaycan dilində sərbəst və səlis ünsiyyət bacarığı;

* Rus və/və ya ingilis dili biliyi üstünlükdür;

* MS Office proqramlarından sərbəst istifadə, xüsusilə Excel (IF, SUMIF, VLOOKUP, Pivot Table);

* Analitik və məntiqi düşünmə, sənədləri təhlil etmək bacarığı;

* INCOTERMS 2020 və beynəlxalq ticarət üzrə biliklər;

* ERP, myGov, e.customs, AQTİS və digər rəqəmsal platformalarla işləmək bacarığı;

* Məsuliyyətlilik, operativlik və detallara diqqət;

* Komandada işləmək və çoxtapşırıqlı iş rejiminə uyğunlaşmaq bacarığı.

 

Təklif edirik:

 Əmək Məcəlləsinə uyğun rəsmi işə qəbul;

 Korporativ mobil nömrə;

 Peşəkar komandada inkişaf və karyera imkanları.

 

 Müraciət qaydası: CV-lərinizi mövzu hissəsində “Müştərilərlə əlaqələr üzrə koordinator” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.