İrşad komandasına Motion Qrafik Dizayner axtarırıq!
Yaradıcı ideyalarını hərəkətə çevirməyi sevirsənsə, marketinq komandamızda sənə yer var!
İş yeri: Bakı şəhəri
İş rejimi: Tam ştat
Əmək haqqı: 2000 AZN-dən başlayır (təcrübəyə uyğun olaraq artırılır)
Namizədə dair tələblər:
Motion dizayn sahəsində minimum 2 il iş təcrübəsi;
Adobe After Effects, Illustrator və Photoshop proqramlarında peşəkar işləmək bacarığı;
3D dizayn və animasiya bacarıqları;
Video montaj və dinamik reklam çarxlarının hazırlanması üzrə təcrübə;
AI alətlərindən və effektiv promptlardan yaradıcı şəkildə istifadə bacarığı;
Motion dizayn trendlərini izləmək və yenilikləri tətbiq etmək;
Komanda ilə işləmək, rəy və düzəlişlərə operativ reaksiya vermək bacarığı.
Vəzifə öhdəlikləri:
Sosial media platformaları üçün dinamik reklam videoları və animasiyalar hazırlamaq;
Statik dizaynları hərəkətli video kontentə çevirmək;
İrşad brendinə uyğun vahid motion üslubu və animasiya şablonları yaratmaq;
Videoları müxtəlif platforma və ekran ölçülərinə uyğunlaşdırmaq;
Marketinq komandası ilə əməkdaşlıq edərək verilən tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək.
Biz nə təklif edirik?
Stabil və uzunmüddətli iş imkanı;
Azərbaycanın tanınmış brendlərindən birində böyük layihələr üzərində işləmək fürsəti;
Yaradıcı ideyalarını reallaşdıra biləcəyin peşəkar komanda.
Müraciət üçün: CV və portfolionu mövzu hissəsində “Motion Dizayner” qeyd etməklə [email protected] ünvanına göndər.
Səni komandamızda görməkdən məmnun olarıq!