1. Baş mühasib
2. Payroll üzrə aparıcı mütəxəssis
Vəzifə: Baş mühasib
Əsas vəzifə öhdəlikləri:
Müəssisədə mühasibat uçotunun Azərbaycan Respublikasının Vergi Məcəlləsinə, Mühasibat uçotu haqqında Qanuna və digər normativ-hüquqi aktlara uyğun təşkilini və aparılmasını təmin etmək;
Müəssisənin gəlir və xərclərinin, pul vəsaitlərinin, debitor və kreditor borclarının, əsas vəsaitlərin, mal-material ehtiyatlarının və digər maliyyə əməliyyatlarının düzgün uçotunu həyata keçirmək; Aylıq, rüblük və illik maliyyə hesabatlarını hazırlamaq, maliyyə nəticələrini təhlil etmək və rəhbərliyə təqdim etmək;
Bank əməliyyatlarına, kassa əməliyyatlarına, ödəniş tapşırıqlarına və pul vəsaitlərinin hərəkətinə nəzarət etmək;
Namizədə dair tələblər:
Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
Baş mühasib və ya mühasibatlıq sahəsində rəhbər vəzifədə minimum 5 il iş təcrübəsi;
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun verilmiş, qüvvədə olan Peşəkar mühasib sertifikatının (PMS) olması;
Azərbaycan Respublikasının Vergi Məcəlləsini, Əmək Məcəlləsini, Mühasibat uçotu haqqında Qanunu və müvafiq normativ-hüquqi aktları mükəmməl bilmək;
Qeyd:
Özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
İş qrafiki: 5 günlük
Payroll üzrə “Aparıcı mütəxəssis”
Vəzifə və öhdəlikləri:
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, vergi qanunvericiliyinə və əməkhaqqı hesablamaları ilə bağlı digər normativ-hüquqi aktlara uyğun olaraq əməkhaqqı prosesinin həyata keçirilməsi;
Əməkdaşların əməkhaqlarının, əlavələrin, mükafatların, bonusların, kompensasiyaların və digər ödənişlərin düzgün və vaxtında hesablanması;
Həkimlərin, tibbi və inzibati heyətin əməkhaqqı və əlavə ödənişlərinin təsdiq edilmiş hesablama mexanizmlərinə uyğun hazırlanması;
Namizədə dair tələblər:
Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil;
Payroll və əməkhaqqı hesablanması sahəsində minimum 5 il iş təcrübəsi;
Azərbaycan Respublikasının əmək və vergi qanunvericiliyi üzrə praktiki biliklər;
Qeyd:
Özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
Əmək haqqı müsahibə əsasında razılaşdırılır.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq vəzifənin adını qeyd etməklə [email protected] elektron ünvanına göndərə bilərlər.