“İrşad” mağazalar şəbəkəsi Naxçıvan,Şərur və Füzuli mağazaları üzrə Kredit mütəxəssisi vakansiyasını açıq elan edir
Vəzifə öhdəlikləri
- Müştərilərə kredit məhsulları üzrə məlumat və məsləhət xidmətinin göstərilməsi;
- Kredit müraciətlərinin qəbulu, təhlili və qiymətləndirilməsi;
- Müraciət edən şəxslərə kredit şərtləri barədə məlumat vermək;
- Müştərilərin kredit tarixçəsinə nəzarətin həyata keçirilməsi;
- Kreditlərin verilməsindən sonra müvafiq xidmət və monitorinq proseslərinin həyata keçirilməsi;
Namizəddə tələblər:
- Bakalavr dərəcəsi üzrə ali təhsil
- 21-30 yaş;
- Bəy namizədlər;
- Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;
- Rus dili biliyi üstünlükdür;
- Güclü kommunikasiya və müştəri ilə işləmək bacarığı;
- Təşəbbüskar və məsuliyyətli yanaşma;
- Komanda ilə effektiv işləmək bacarığı;
- Analitik düşüncə və riyazi hesablama qabiliyyəti;
- Dəqiqlik və detallara diqqət;
- Bank və ya bank olmayan kredit təşkilatlarında (BOKT) 3–5 il iş təcrübəsi olması arzuolunandır
İş şəraiti:
- İş yeri: “İrşad” mağazalar şəbəkəsinin müvafiq mağazaları;
- Rəsmi əmək müqaviləsi;
Tələblərə uyğun namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərərək müraciət edə bilərlər.