Vakansiya: Baxım Nəzarətçisi

 

 Vəzifə öhdəlikləri:

Avtobusların gündəlik, həftəlik və planlı texniki baxış proseslərinə nəzarət etmək;

Texniki xidmət qrafiklərinin hazırlanması və icrasını izləmək;

Nasaz nəqliyyat vasitələrinin diaqnostika və təmir proseslərini koordinasiya etmək;

Təmir sonrası avtobusların texniki sazlığını yoxlamaq;

Texniki baxımdan yararsız nəqliyyat vasitələrinin xəttə buraxılmasının qarşısını almaq;

Texniki baxım jurnallarının və təmir aktlarının düzgün aparılmasını təmin etmək;

Nasazlıqlar üzrə statistik hesabatlar hazırlamaq və təhlil aparmaq;

Ehtiyat hissələrinin istifadəsinə və texniki xidmət tarixçəsinə nəzarət etmək;

Texniki heyətin (mexanik, çilingər, elektrik ustası və s.) fəaliyyətini koordinasiya etmək;

Təkrarlanan nasazlıqları analiz edərək profilaktik tədbirlər təklif etmək;

Texniki maye və ehtiyat hissələrinin mövcudluğunu izləmək;

Avtobusların istismar müddətinin artırılması üçün texniki təkliflər vermək.

 

 Tələblər:

Ali və ya orta ixtisas texniki təhsil;

Avtonəqliyyat sahəsində minimum 1–3 il iş təcrübəsi;

Texniki baxım və təmir sahəsində praktiki biliklər;

MS Office və texniki idarəetmə proqramlarında işləmək bacarığı;

Analitik düşünmə və problem həll etmə bacarığı;

Komanda ilə işləmək və koordinasiya bacarığı.

 

 İş şəraiti:

İş qrafiki: 5 günlük

İş saatı: 09:00 – 18:00

Əmək haqqı: müsahibə əsasında müəyyən edilir

Peşəkar inkişaf və karyera yüksəlişi imkanı

 

 Uyğun namizədlər CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

Mövzu hissəsində: Baxım nəzarətçisi qeyd

Bizi izləyin

Whatsapp Kanalımız Telegram Kanalımız Facebook Səhifəmiz Linkedin Səhifəmiz İnstagram Səhifəmiz Threads Səhifəmiz
Bu məzmun müəllif hüquqları ilə qorunur. Kopyalama qadağandır.